Telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub

730

İyunun 16-da Sumqayıt şəhəri ərazisində, şəhər sakini Ramid Əlirzayevə məxsus mağazadan 1 ədəd mobil telefon oğurlanmışdır. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Sevda Ələkbərova tutulmuşdur.

S.Ələkbərovanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayı ərzində həmin mağazadan 3 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər