Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları bu gün Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı münasibəti ilə Sumqayıt şəhərində yerləşən 8/12 saylı yataqxanada məskunlaşmış məcburi köçkün və şəhid ailələri ilə görüşüb.
“atvxeber” verdiyi məlumata görə TQDK əməkdaşları Komissiyanın rəhbərliyi və kollektivi adından onları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib və burada məskunlaşmış 80 ailəyə bayram sovqatı hədiyyə edib. Dekabrın 24-də isə TQDK tərəfindən Bakı və Sumqayıt şəhərlərində yerləşən Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı və Xocavənd rayonlarından olan 100 məcburi köçkün məktəblərinə Komissiya tərəfindən nəşr olunmuş ümumi dəyəri 2780 manat olan siniflər üzrə test kitabçaları və digər metodiki vəsaitlər hədiyyə olunub.
Qeyd edək ki, yaxın günlərdə Respublikamızın bölgələrində yerləşən məcburi köçkün məktəblərinə də Komisiya tərəfindən nəşr olunan vəsaitlərin hədiyyə olunması nəzərdə tutulub.