Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru: “PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”

824

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İ. Dəmir “Twitter”də paylaşım edib.

“İki qardaş ölkənin bird aha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”, – deyə görüş zamanı Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər