Ümumrespublika Şahmat turnirinin sumqayıtlı qalibi: Bu yarışda qalib olmaq ikiqat xoş duyğular oyadır

306

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və sosial müavinət alan şəxslər arasında təşkil olunan Ümumrespublika Şahmat turnirinə yekun vurulub. Sumqayıtdan olan üçüncü qrup əlil İlqar Şiriyev turnirin qalibi adını qazanıb.

Əlli bir yaşlı İlqar sevincini bölüşüb: “Yarışın keçirilməsi barədə eşidəndə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsinə müraciət etdim. Sumqayıtda yarışlara qoşuldum və 7 oyunun hamısında qalib gələrək Bakıda növbəti mərhələdə iştirak etmək hüququ qazandım. Həmin mərhələdə 21 iştirakçı arasında birinci yeri tutaraq final mərhələsində iştirak hüququ əldə etdim. Final oyununda İngilis başlanğıcı debütündən istifadə etdim və bu, mənə uğur qazandırdı”.

On yaşından şahmatla məşğul olmağa başladığını söyləyən turnirin qalibi deyib: “Bu oyunun sirlərini mənə böyük qardaşım Vüqar öyrədib. İndiyədək müxtəlif yarışlarda iştirak etmişəm. Əvvəlki illərdə bir neçə yarışda qalib olub və ya yüksək yerlər tutmuşam. Qalib gəlmək həmişə sevindiricidir. Bu turnirdə birinci yeri tutmaq isə ikiqat xoş duyğular oyadır. Bu yarışda qələbəni ailəmlə bir yerdə qeyd edəcəyəm”. AZƏRTAC

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər