“Vəkillik institutunun funksionallığı və nüfuzu artır” – Vəkil Gülnur Qasımlı

555

“Azərbaycanda vəkillik institutunun inkişafı son illərdə ölkənin hüquq sistemində mühüm dəyişikliklərə səbəb olmuşdur. Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı bu sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu sərəncam nəticəsində hüquqi sistemdə islahatlar daha da sürətlənmiş, vəkillik institutunun funksionallığı və nüfuzu artırılmışdır”.

Bu sözləri sumqayitxeber.com-a açıqlamasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnur Qasımlı səsləndirib.

Vəkil Gülnur Qasımlı bildirib ki, Azərbaycanda vəkillik sahəsində əldə olunan uğurlar bu institutun inkişafı üçün möhkəm təməl yaradıb. Vəkillərin sayının və peşəkarlıq səviyyəsinin artırılması, hüquqi yardımların əlçatanlığının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi ilə vəkillik institutu həm hüquq sisteminin, həm də cəmiyyətin etibarlı dayağına çevrilib. Sumqayıt bu inkişafın mühüm hissəsi kimi xüsusi diqqət çəkir. Sumqayıtda vəkillərin sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Şəhərdə fəaliyyət göstərən vəkillərin sayının artması Sumqayıtın hüquqi mərkəz kimi inkişafına töhfə verib. Bu artımın nəticəsində Sumqayıt sakinlərinin hüquqi yardımlara çıxışı daha da asanlaşıb.

“Vəkillər Kollegiyasının üzvlərinin sayı 2018-ci ildən sonra sürətlə artaraq 2,500 nəfəri keçmişdir. Əvvəllər yalnız 356 vəkildən ibarət olan kollegiya bu gün dinamik və geniş bir quruma çevrilmişdir. Əsas diqqət gənc hüquqşünasların vəkilliyə cəlb edilməsinə yönəldilmişdir. Hazırda vəkilliyə qəbul olunanların 70%-ni 40 yaşadək namizədlər təşkil edir. Bu isə institutun gəncləşdiyini və yenilikçi yanaşmaların artdığını göstərir.  Azərbaycanın hüquqi sistemi islahatlar sayəsində dünya standartlarına yaxınlaşır və bu prosesdə vəkillik institutunun rolu əvəzolunmazdır. Təqdim edilən islahatlar və tədbirlər vəkilliyin müasir tələblərə uyğunlaşmasını və ölkədə hüququn aliliyinin təmin edilməsini gücləndirir. 2018-ci ildən sonra aztəminatlı şəxslər üçün dövlət hesabına göstərilən hüquqi yardımın məbləği 3 dəfə artırılmışdır. Bu addım hüququn əlçatanlığını artırmış və sosial ədalət prinsipinin tətbiqini təmin etmişdir”, – deyə Vəkil Gülnur Qasımlı əlavə edib.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər