Vətən müharibəsi ilə xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu

704

27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordusu ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi ilə xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Məhz həmin tarix Zəfərə gedən yolun başlanğıcı oldu. Qəhrəman oğullarımız düşmənin hücumlarınıböyük şücaətlə dəf etdii və əks-hücumla düşmənə sarsıdıcı zərbələr endirdi, xalqımızın qələbə əzmini nümayiş etdirdi. Bu günlər ərzində ordumuzun apardığı müharibə milli şüurun, xalq-hakimiyyət və ordu birliyinin təcəssümünə çevrildi. O gün hər kəs Vətən fədaisi oldu. 30 ilə yaxın müddət ərzində yaşadığımız ağrı-acılar bir anda sevincə çevrildi. Şanlı Ordumuz bu qalibiyyəti bütün dünyaya – Azərbaycan xalqının qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətində olduğunu sübut etdi. Və bu müharibə ilə bir daha göstərdi ki, Azərbaycanın hər bir vətəndaşı, hər bir fərdi Vətənin keşiyində məğrur bir əsgərdir, özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.

Azərbaycan əsgərinin, xalqının səbrini sınağa çəkən Ermənistan unutdu ki, söhbət Vətən olduğu zaman hər bir azərbaycanlı bir hərbiçidir, bir qəhrəmandır. Vətən müharibəsi dövründə mənfur düşməndən fərqli olaraq, Azərbaycan Ordusunda bir nəfər belə fərari olmadı. Əksinə xalqımızın hər bir vətəndaşı müharibədə iştirak etmək, düşmənin layiqli cavabını vermək üçün can atırdı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, öz missiyamızı başa vuraq. Azərbaycan xalqı bu savaşda öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu sübuta yetirdi. Bu Qələbəni biz xalq olaraq milli birlik, iradə və əzmkarlıq göstərməklə qazandıq.

Vətən müharibəsi ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri də erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. İstər etnik, istərsə də dini mənsubiyyətindən asılı olmayaraq xalqımızın hər bir fərdimöhtəşəm həmrəylik nümayiş etdirdi, ön cəbhədə də, arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq tarixə “Dəmir yumruq” kimi öz adını həkk etdirdi.

Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar bu çətin tarixi dövrdə kənarda qalmadılar. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu sübut etdilər. Siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanatı Ali Baş Komandan,  Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı törətdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri dəstəklədiklərini və onun yanında olduğunu bəyan etmələri tarixi əhəmiyyət kəsb edən hadisədir və milli, siyasi birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir.

44 günlük Vətən müharibəsi dövründə – həmçinin, bundan əvvəlki və sonrakı dövrdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altından Rəşadətli ordumuzun başlatdığı əks-hücum əməliyyatlarını dəstəkləyən, milli-siyasi birliyimizi təsdiq edən müxtəlif bəyanat və müraciətlərimzalanmışdır. Bu əsnada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanatlar, o cümlədən “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.  Siyasi partiyalar tərəfindən göstərilən bu dəstək təkcə siyasi partiyaların xalqımız üçün çətin məqamda, dövlətimizin həyatında taleyüklü məsələlərin həllində bir narahatçılıqdan əlavə, həm də siyasi bir mədəniyyətin təzahürü idi.

Artıq müharibədən 2 ilə yaxın müddət ötüb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyasıyeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Düşmən işğalından azad edilmiş ərazilərə səfərləri ilə Ali Baş Komandan, Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir.

Prezident İlham Əliyevin dəqeyd etdiyi kimi, Azərbaycan xalqı düşməndən fərqli olaraq qurub-yaradan xalqdır.Bu gün Azərbaycan dost ölkələrlə birlikdə tamamilə dağılmış 10 min kvadratkilometrə yaxın ərazidə yeni bir həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə  geniş inşaat işləri gedir, “İşğal” və “Zəfər” muzeyləri inşa edilir. Bunlarla yanaşı – infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları və strateji baxımdan əhəmiyyət kəsb edən tikililərin inşaat işləri aparılır. Bir sözlə, ermənilərin çapıb-taladığı, yandırdığı, məhv etdiyi bu yerlərdə indi xalqımız yenidən qurub-yaradır.Bu isə bizim bu torpaqların əsl sahibləri olduğumuza əyani sübutdur.Azərbaycan xalqının 30 ilə yaxın müddətdir ki, Azərbaycan xalqının əlindən zorla əlindən alınmış bu torpaqlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı tarixi Zəfərlə geri qaytardı. Məhz həmin qələbə sayəsində bu gün Azərbaycan xalqı öz işğaldan azad edilmiş torpaqların yenidən dirçəldilməsi məqsədilə bütün dünyanı heyran qoyan möhtəşəm layihələr həyata keçirməkdədir.

“Vətən müharibəsində əldə olunmuş zəfərhəm də effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir.Bu zəfər əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin bugün ölkə başçısı, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə əyani sübutdur. Qarabağsız 30 ilə yaxın müddət ərzində ölkəmiz məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində daimaiqtisadi yüksəliş yolu ilə öz qüdrətini artırdı vəordumuza göstərilən mütəmadi diqqət və qayğının nəticəsində tarixi zəfəri reallığa çevirdi.

Azərbaycan bu qələbə ilə regionda yaradılmış yeni reallıq və mənzərə fonunda “Qalib xalq” obrazının formalaşmasınıtəmin etdi. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxış bucağının əsasını qoydu.Bütün dünya br daha şahid oldu ki, bugün Azərbaycan xalqı, Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan, Prezident İlham Əliyevin səriştəli rəhbərliyiilə yeni bir tarix yazır.

Biz həm beynəlxalq müstəvidə, həm də bölgədə öz sözümüzü demişik. İstəyimizə nail olmuşuq. Və əminik ki, 44 günlük Vətən müharibəsində ruhumuza hakim olan bu həmrəylik və sarsılmaz birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcəkdir.

Ceyhun Hüseynov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər