Bu gün Vətən müharibəsinin daha bir qəhrəmanı İlkin Məmmədzadənin anım günüdür.
“Report” xatırladır ki, Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə qatılıb.
O, 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü Dərəsi” adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İlkin Məmmədzadə oktyabrın 8-də Sumqayıt şəhidlər Şəhidlər xiyabanında dəfn edilib.
İlkin Məmmədzadə Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 15-də imzaladığı sərəncamla “Vətən uğrunda” medalı ilə təltif edilib.
Anım gününə həsr edilən videonu təqdim edirik: