Vətənimizdə yaşayan “sapı” özümüzdən olan düşmənlər

703

Azərbaycan bu gün bölgənin ən inkişaf etmiş, qüdrətli, super güc dövlətinə çevrilmişdir. Bu gün bütün bunların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, güclü iqtisadiyyat, güclü ordu, güclü dövlətçilik siyasəti və bu siyasətin ən layiqli davamçısı Ali Baş Komandan Cənab İlham Əliyevin də illərdir apardığı uğurlu daxili və xarici siyasətin, gərgin əməyin, qətiyyətli qərarların bariz nümunəsidir. Bu uğurlarla ölkəmiz sürətlə inkişaf edir və düşmən üzərində əzici qələbə qazanmağa nail olur. Bu da düşmənlərimizi çox narahat edir. Düşmənlərimiz xalqımızın birliyini pozmağa və dövlətimizi parçalamağa çalışırlar. Bu gün Azərbaycanın bu düşmənlərinə xidmət edən anti-milli, sapı özümüzdən olan: əli kərimovlar, qurban məmmədovlar, sevinc osmanqızı, gültəkin hacıyeva, ələstun orucovlar və s. düşmənlərimiz Azərbaycanın müzəffər Ordusunun uğurlarına kölgə salmaq istəyirlər. Onlar xaricdəki erməni lobbisindəki dayıları tərəfindən maliyyələşən və onların sifarişlərini yerinə yetirən öz içimizdə olan vətən xainləridir. Bu “vətən sevərlər” sanki bu Vətənin suyu, çörəyi ilə böyüməyiblər. Bu torpaq onların Vətənləri deyil. 44 günlük müharibədə şəhidlərimizin qanı bahasına azad olunan torpaqlara, qələbəmizə kölgə salmaq istəyirlər. Bu gün də sentyabr ayında ermənilərin terror fəailiyyətlərinin qarşısını alaraq öz tarixi torpaqlarımızda şəhidlərimizin və qazilərimizin qanı bahasına əldə olunan qələbəmizi görmək istəmirlər. Şəhidlərimizin ruhu onları bağışlamayacaq. Eyni zamanda xalqımızda artıq o xalq deyil. Bu anti-milli ünsürlərin cavabını həm xalq həm şəhid ailələri həmdə qazilərimiz verəcəkdir. Bu gün Azərbaycan xalqı daima öz müzəffər Ali Baş Komandanı cənab Prezidentimiz İlham Əliyevin, qəhrəman ordumuzun yanındadır və onların bu uğurları xalqımıza böyük ruh yüksəkliyi verir. Çox təəssüf ki, hər bir başarının bir çətinliyi olduğu kimi, bizim də şəhidlərimiz var. Bu bizləri həm qürurlandırır həm də kədərləndirir. Ancaq “Torpaq qanla yoğrulursa Vətən, su ilə islanırsa palçıq olar” deyimi heç də ulu babalardan boş yerə deyilməyib. Bu gün Vətən sərhədlərinin keşiyində duran silahdaşlarımız Azərbaycanın igid, mərd, vətənpərvər oğullarıdır. İçimizdəki düşmənlərdən fərqli olaraq bizlər hər an gözümüzü qırpmadan vətən üçün ölümə getməyə, şəhid və ya qazi olmağa hazırıq. Şəhid və qazilərimiz tariximizin unudulmaz şərəfli səhifəsi, qan yaddaşımız, zəfər səlnaməmiz, qürur mənbəyimizdir! Uca tanrıdan Şəhidlərimizə rəhmət diləyir, Qazilərimizə şəfa, Cənab Ali Baş Komandan başda olmaqla ordumuza güc, qüvvət, xalqımıza firavan, xoşbəxt gələcək arzulayırıq.

Ehtiram Məmmədov

İkinci Qarabağ Müharibəsi Qazisi Polkovnik leytenant

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər