www.sumqayitxeber.com saytında “Virtual Hüquq Məsləhətxanası”

2021

İyulun 1-dən saytımızda “Virtual Hüquq Məsləhətxanası” fəaliyyətə başlayacaq. Burada Sumqayıt sakinlərini maraqlandıran hüquqi problemlərlə bağlı fikir mübadiləsi aparılacaq. Sakinlərin hüquqi sualları cavablandırılacaq və onların hüquqi problemlərinin həllinə yardımçı olmaq üçün pulsuz məsləhətlər veriəcək, məhkəmə və digər hüquq mühafizə orqanlarının fəaliyyətinə dair xəbərlər yer alacaq.
Qeyd edək ki, bu layihə www.sumqayitxeber.com saytı və İctimai Maraqlar və Vətəndaş Təşəbbüsü (İMVT) Birliyinin birgə layihəsidir.
“Məqsədimiz Sumqayıtda hüquqi maarifləndirmə işinin geniş vüsət aslmasına, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasına, pozntu hallarının vaxtında işıqlandırılaraq aradan qaldırılmasına nail olmaqdır” – deyə müxbirimizlə söhbətində İMVT-nin prezidenti hüquqşünas Anar Elmanoğlu bildirib.
www.sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Gulnar
    İyun 29, 2009 - 16:37

    Salam.men nigahla bagli bir mesele ile maraqlanmaq isteyirem.Bizde,Azerbaycanda aile qurduqdan sonra aile-meiwet zemininde qadinin eri terefinden zorakiliga meruz qalmayacagina dair(Bir nov er terefinden resmi olaraq qadinin tehlukesizliyine zemanet vermesi) muqavile movcuddurmu?

  • Anar Elmanoglu
    İyun 30, 2009 - 13:33

    Salam. Sualınıza görə çox sağ olun. Sualınızla bağlı onu deyə bilərəm ki, nikaha daxil olarkən nikah müqaviləsi bağlanıla və orada bir çox məsələlər, əsasən, əmlak məsələləri və s. nizama salına bilər. Zorakılığa məruz qalmamaqla bağlı müqaviləyə müddəa əlavə etmək olar. Bəlkə də bu kiməsə gülməli gələr, amma bir hüquqşünas kimi hesab edirəm ki, müqaviləyə məsələn, “ər arvadını heç zaman döyməyəcək” və s. bu kimi şərtlər yazmaq olar, lakin bu heç də gələcəkdə müqavilənin həmin şərtinin pozulmayacağı demək deyildir. eyni zamanda nəzərinizə çatdırım ki, əgər ailədə qadına qarşı ər tərəfindən hansıa zorakılıq edilirsə bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət verilməlidir – müqavilənin olub-olmamsından asılı olmayaraq

    Rubrikamızla yaxından maraqlandığınız üçün təşəkkür edirik!

  • Orxan
    Yanvar 21, 2011 - 00:17

    salam. sizden mene komek etmeyinizi xahis ederdim.

    Respublikamıza gətirilən mallara gömrük vergi və rüsumları Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında“ 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə“ 161 nömrəli və “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında“ 11 nömrəli qərarları ilə tətbiq edilir. Eyni zamanda Nazirlər Kabinetinin 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları“nın 2.1.2. yarım bəndinə əsasən, fiziki şəxslər beynəlxalq poçt göndərişləri vasitəsilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər.

    200 ABŞ dollari olub olmadigini kim mueyyen edir. meselen mene islenmis mobil telefon yollayacaqlar. meblegi 160 dollardi amma onun tezesi 200dollardan bahadir. bele olan halda telefonun qiymetlendirilmesini kim edecekdir?

  • Nigar
    İyul 18, 2011 - 18:19

    Salam!Sizdən bir məsləhət almaq istərdim.Həyat yoldaşı öz ərini və azyaşlı uşağını atıb gedib.Eyni zamanda məhkəməyə boşanma haqqında ərizə təqdim edib.Onu da qeyd edim ki,əri hər iki gözdən əlildi,gözləri ümumiyyətlə görmür.Bilmək istəyirdim ki,bu zaman məhkəmənin qərarı ilə uşağın kimdə qalmaq ehtimalı daha çoxdur? atada yoxsa anada? Təşəkkür!

  • Turan
    Oktyabr 26, 2011 - 15:25

    Salam.
    Qadin isci “kicik dovlet qullucusu” derecesini aldiqdan 1 ay sonra analiq mezuniyyetine cixmis ve 18 aydan sonra ishe qayitmisdir. Ona 2 ili bitdikden sonra 3-cu dereceli dovlet qulluqcusu derecesi verilmelidirmi? Yani derece verilen zaman analiq mezuniyyetinde oldugu vaxt hemin 2 ilin icerisinde hesablanirmi?

  • Amigo
    Dekabr 1, 2012 - 19:43

    Salam.Zəhmət olmasa deyin. Valideyn uşağı evladlıqdan çıxarmaq üçün hansı səbəbləri əsas tutmalidir?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər