Xalqın və dövlətin dayanıqlı inkişafına hədəflənmiş siyasət

558

Seçki-xalqın iradəsinin göstəricisidir. 2018-ci il, aprelin 11-də baş tutmuş  növbədənkənar Prezident seçkiləri bunu bir daha təsdiqləmiş oldu. Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış cənab İlham Əliyev şəffaf,  demokratik seçkilərdə Azərbaycan seçkilərinin 86,02 faizinin səsini qazandı.

Prezidentə olan inamın və onun qələbəsinin əsasında hansı amillər dayanır?  Bu sualı cavablandırmazdan öncə geriyə qayıdaq. 2018-ci ildə cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışını bir daha xatırlayaq. Dövlət başçısı söyləyirdi: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə  görüləcək işlər haqqında aydın təsəvvürümüz var.  Ona görə də mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyəçox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki,  ölkəmiz daha da güclənsin, qüdrətli dövlətə çevrilsin. Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar ”

Doqurudan da, Prezident arzuları gerçəkləşdirə bildi. 2003-2018-ci illərdə ölkəmiz sürətli bir inkişaf yolu keçdi. Dövlətçiliyin əsasları ciddi şəkildə möhkəmləndirildi, ölkəmizin qüdrəti artdı.

Dövlət başçısının ilk gündən qarşıya qoyduğu strateji ideyalar uğurlu həllini tapıb. Texnoloji inkişafın ən son nailiyyətlərindən bəhrələnmə, sürət əsrində kkassik dəyərlərin nonotexnolojidə mükəmməl tətbiqi, xidmət növlərindəki çətinliklərin aradan qaldırılması üçün onlayn proseslərə keçilməsi – bütövlükdə Azərbaycan üçün səciyyəvi hal alıb.

Ulu öndər Heydər Əliyev gəncliyə xüsusi önəm verirdi. Təsadüfi deyil ki, məhz onun təçəbbüsü və sərəncamı ilə 1994-cü ildə ilk dəfə gənclərin konseptual inkişafına yönəlik Gənclər və İdman Nazirliyi yaradıldı. İlham Əliyev Azərbaycan Olimpiya Komitəsinə rəhbər təyin edildi. Azərbaycan Beynəlxalq Olimpiya Hərakatına uğurlu göstəriciləri ilə qoşuldu. Prezident İlham Əliyev üçün də gəncliyə dəstək-prioritet istiqamətlərdən olub. Gənclər ilinin elan edilməsi, dövlət idarəçilik sferasında gənclərə üstünlük verilməsi fikrimizə bariz sübutdur.

Cənab İlham Əliyev hələ 2003-cü ildən Regionların İqtisadi İnkişaf Dövlət Proqramının işlənməsi və tətbiqi üçün sərəncam imzalamışdı. Mövcud sərəncam öz bəhrəsini verməkdədir. Bu gün bölgələr sosial-mədəni, iqtisadi əhəmiyyətli,  estetik cəhətdən göz oxşayan mərkəzlərə çevrilib. Şəhərlə kənd arasındakı fərq gözə çarpmır. Bu, həm də turizmin yeni inkişaf mərhələsinə öz effektiv təsirini göstərdi.

Milli mədəniyyətimizə əlahiddə qayğı və diqqət həm Prezident  İlham Əliyev, həm də birinci Vitse-prezident Mehriban xanım Əliyeva üçün önəmli məsələ olub.Əsrlərin süzgəcindən keçib gəlmiş, zamanın fırtınalarında fəlsəfi dəyərini qoruyub-saxlamış Xəzinəmiz-muğam yeni nəfəs qazandı.  Mehriban xanımın təşəbbüsü,  Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edildi.

Ardıcıl Muğam festivalları keçirildi. Şəkidə, Qəbələdə gerçəkləşən möhtəşəm musiqi gecələri həm də Azərbaycanın təbliği üçün ən tutarlı vəsilə oldu. Teatr müəssisələrin inkişafı üçün Dövlət Proqramı da milli teatr sənətinin çağdaş dünya teatr prinsiplərinə uyğun yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Mən də bir teatr əməkdaşı, Sumqayıt Dövlət Dram Teatrının direktoru kimi hər zaman fəaliyyət göstərdiyim müəssisəyə, özümə və sənət yoldaşlarıma dövlət qayğısını hiss etmiş, bundan qürur hissi keçirmişəm. Sumqayıt Dövlət Dram teatrı kollektivi illər boyu kirayə binada fəaliyyət göstərsə də, sonradan bina ixtiyarımıza verilib. Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmir olunub, yenidənqurma işləri aparılıb və yeni estetik dizaynda kollektivin ixtiyarına verilib.

Ümumilikdə cənab İlham Əliyevin prezidentliyi dövründə insan amili qabardılıb, xalqın rifahına hesablanmış layihələr reallaşıb. Milli maraqlar dövlət siyasətinin strateji prioriteti olub. İqtisadi inkişaf modeli uğurla tətbiq olunub. Sosial-innovativ layihələr hətta xarici ölkələrdə belə maraq doğurub.  Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının mükəmməlliyi yeni dünya nizamında Azərbaycana tutarlı mövqe qazandırıb. Dövlət başçısının xarici siyasət kursu hər zaman konkret nəticəyə hesablanıb. Azərbaycan BMT, AŞ,  ATƏT, NATO kimi nüfuzlu beynəlxalq təşkilatların mötəbər tribunalarından haqq səsini ucaltmaq iqtidarındadır. Beynəlxalq aləm Azərbaycanın siyasi  rəyinə hörmətlə yanaşır.

2018-ci il, Prezident seçkilərindən 4 il keçir.  Azərbaycan möhtəşəm qələbələri,  Zəfər  marşı ilə yeni tarix yazır.

Bəli, bizim daha aydın sabahlarımız, daha böyük uğurlarımız hələ irəlidədir. Bu uğurların imza sahibi  – Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətli bir dövlətin vətəndaşı olmağınızla qürur duyuruq.

Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər