“Xəcalət çəkirdim, amma bunu özümə sığışdıra bilmərəm” – Əbülfəs Qarayev

1024

“Cəfər Cabbarlının ev muzeynin sökülməsi məsələsi  ilə çoxdan məşğuluq. Mən nazir təyin olunanda o bina dövlətə məxsus deyildi. O vaxt ailənin qərarı ilə bina özəlləşdirildi. Hesab edirəm ki, C.Cabbarlının və digər böyük şəxsiyyətlərin, onların ailə üzvlərini hansısa hüquqdan məhrum etmək etik qaydalara sığışmır. Ona görə də məhkəməyə müraciət etmədik. Binanın aqibəti heç cür imkan vermirdi ki, bərpa olunsun”.

 

“Yeni Sabah” xəbər verir ki, bunu  mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hər hansı şəxsin evində, özəl mülkündə nazirlik tərəfindən təmir gedə bilməz:

“2016-cı ildə binanın vəziyyəti  pisləşəndə, oranın bütün əmlakını teatr muzeyinə köçürmüşük. Paralel olaraq Xızıda C.Cabbarlının anadan olduğu evin yenidən bərpa olunması ilə bağlı tapşırıq verilib. Ailə həmin yerdə təzə ev tikilməsinin və birinci mərtəbəsində muzey üçün yer ayrılmasının tərəfdarıdır. Belə təcrübə mümkündür. İctimai rəyi nəzərə alaraq mən də C.Cabbarlının ev muzeyi ilə bağlı narahat idim. Heç nə əbədi deyil.  Mən də muzeyin vəziyyətinə görə xəcalət çəkirdim. Hansısa sensassiya xarakterli yanaşmanın tərəfdarı deyiləm. Bəlkə də mən bir nazir olaraq daha qətiyyətli addımlar atmalı idim ki, müqaviləni pozaq, binanı ailənin əlindən alaq. Amma mən bunu özümə sığışdıra bilmərəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər