Xidmət yerini özbaşına tərk edən əsgərin meyiti Sumqayıtda tapıldı

578

Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Sumqayıtda baş verib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb.

İlkin ehtimala görə, əsgər intihar edib. Belə ki, onun məktubu tapılıb. Əsgər ölümündən əvvəl yazdığı məktubda sevdiyi qızdan bəhs edib.

Qeyd edək ki, N. Hüseynov ötən ilin oktyabrında Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb. lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər