Xocalı soyqırımı: unudulmayan acı və ədalətin bərpası

472

Prezident İlham Əliyevin cari ilin 26 fevral tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyuldu.
Dövlətimizin başçısı bu tarixi günün əhəmiyyətini vurğulayan çıxışında Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və doğma torpağa qayıdışın önəmini qeyd etdi. Bildirdi ki, Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.
Prezident İlham Əliyevin Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışından önəmli sitatlar diqqət edək:

  • “İlk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olunur. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq.”
  •  Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.”
  •  ““Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır.”
  •  “Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir.”
  •  “Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.”
  •  “İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər.”
  • “Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.”
  •  ““Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur.”
  •  “Ermənistanın yeganə çıxış yolu… yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.”

Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil siyasətinin və milli maraqlarının qorunması istiqamətindəki qətiyyətli mövqeyini əks etdirir. Bu fikirlər ədalətin bərpası, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və işğal altında olan torpaqların azad edilməsi kimi mühüm məsələlərə işıq salır.
Ermənistanın və onun arxasında duran qüvvələrin Xocalı soyqırımını ört-basdır etmək cəhdləri, ədalətsizliyin və ikiüzlülüyün bariz nümunəsidir. Bu kontekstdə, Azərbaycanın müstəqil siyasət yürütməsi və öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün göstərdiyi səylər mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müstəqilliyinə, milli maraqlarına sadiqliyinin, həmçinin ədalət və həqiqət uğrunda mübarizəsinin dərinliyini və qətiyyətini göstərir. Bu fikirlər həm daxili, həm də xarici siyasətdə Azərbaycanın mövqeyinin nə qədər möhkəm və prinsipial olduğunu sübut edir.

Hümbət Quliyev, Sumqayıt Regional Sahibkarlığın Araşdırma Mərkəzinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər