“Xoşbəxtəm varlığımla, yaradıcılığımla” çap olunub

412

Bu günlərdə “Azəri poliqrafiya” tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Zərdabi” mükafatı laureatı, şair-publisist İlhamə Məhəmmədqızının yeni çap olunmuş kitabı “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” adlanır.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər, mənsur şeirlər, hekayələr, povestlər, məqalələr, müsahibələr, oçerklər, rus dilində tərcümə edilən yazıları toplanıb. Həmçinin görkəmli şəxslərin İlhamə Məhəmmədqızının yaradıcılığı haqqında səmimi fikirləri də xüsusi bölümdə təqdim edilib. Əlli beş illik yubileyinə töhfə etdiyi hesabat xarakterli bu nəşr müəllifin “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Hikmət dünyası”, “Bəs kimə deyim”, “Bizim istedadlar”, “Zirvəyə doğru” kitablarından sonra sayca on birincidir.

Burada peşəkar yazarın insan taleyi, yurd sevgisi və ülvi məhəbbət mövzularında qələmə aldığı bütün yazılarında onun saf duyğuları sezilir. İnanırıq ki, kitab geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər