Yağışlı hava nə vaxta qədər davam edəcək?

550

“Yağıntılı hava şəraiti iyulun 18-i gündüz saatlarına kimi davam edəcək. Sabahdan yağıntılar tədricən kəsiləcək”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, iyulun 19-20-də yağmursuz hava şəraiti olacağı gözlənilir, mülayim cənub küləyi əsəcək.

Onun sözlərinə görə, 2012-ci ilin iyul ayının 16-da Bakıya güclü leysan yağıb: “Sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb. İyulun 19-da və 20-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Qeyd edək ki, ötən gün gecə saatlarından ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər