2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar Sumqayıtda şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə yanvar ayının 9-dan şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə start verilib. Növbəti iməcilik ötən şənbə günü, yanvarın 16-da baş tutub. İməcilikdə şəhərin bir sıra idarə, müəssisə və təşkilatları iştirak edib. İməcilik zamanı şəhərin H.Əliyev prospektində, Şirvan yaşayış massivində, Sülh və Metallurq küçələrində, 5-ci və 18-ci məhəllələrdə, eyni zamanda məktəb və xəstəxanaların ətraf ərazilərində ümumilikdə 5000 ədəd ağac əkilib.
Qeyd edək ki, cari ilin yanvar ayı ərzində ümumilikdə şəhər ərazisində 10 min ədədədək yeni ağac əkilib. Növbəti iməciliyin keçirilməsi isə bu həftənin sonuna planlaşdırılır.
2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar Sumqayıtda şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə yanvar ayının
9-dan şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə start verilib. Növbəti iməcilik ötən şənbə günü, yanvarın 16-da baş tutub. İməcilikdə şəhərin bir sıra idarə, müəssisə və təşkilatları iştirak edib. İməcilik zamanı şəhərin H.Əliyev prospektində, Şirvan yaşayış massivində, Sülh və Metallurq küçələrində, 5-ci və 18-ci məhəllələrdə, eyni zamanda məktəb və xəstəxanaların ətraf ərazilərində ümumilikdə 5000 ədəd ağac əkilib.
Qeyd edək ki, cari ilin yanvar ayı ərzində ümumilikdə şəhər ərazisində 10 min ədədədək yeni ağac əkilib. Növbəti iməciliyin keçirilməsi isə bu həftənin sonuna planlaşdırılır.
VAXT OLANDA EKDIYINIZ AGACLARI SULAYIN