YAP Sumqayıt şəhər təşkilatı Heydər Əliyevin Anım Gününə həsr olunmuş konfrans keçirib

726

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında müasir dövlətçiliyimizin banisi Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisidir” mövzulu elmi-praktik konfrans keçirilib.

Konfransdan öncə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri vəzifəsini icra edən Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü,Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov müstəqil dövlətçiliyimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət ediblər, önünə gül dəstələri qoyublar.

Konfransı giriş nitqi ilə açan YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli liderimiz Heydər Əliyevin Anım günüdür.Tarixi şəxsiyyət, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı Heydər Əliyev bütün həyatını dövlətçiliyimiz və xalqımızın işıqlı gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsi hər zaman minnətdarlıqla yad edilir. Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ramiz Hüseynov çıxışının sonunda onu da vurğulayıbki, ölkəmiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf edir. Ölkəmizin sosial-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə əldə olunan uğurlu nəticələr həm də Ulu Öndərin ruhu qarşısında bir hesabatdır.

Konfrans çərçivəsində Milli Məclisin komitə sədrləri Tahir Mirkişili “İqtisadi inkişafda Heydər Əliyevin rolu”, Hicran Hüseynova “Ulu Öndərin varislik prinsipi: tarix və müasirlik”, Milli Məclisin deputatı Müşfiq Məmmədli “Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin banisidir”, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov “Heydər Əliyevin siyasi rəhbərliyi illərində Sumqayıtın dirçəlişi” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra SOCAR Azərkimya İB-nin Etilen-Polietilen Zavodunun ərazi ilk partiya təşkilatının sədri Nigar Cəfərova və Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Təmizlik Departamentinin ərazi ilk partiya təşkilatının sədri Ramil Fərəcli məruzələr ətrafında çıxış ediblər.

blog-list-image
blog-list-image
blog-list-image
blog-list-image
blog-list-image

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər