YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov şəhər ictimaiyyətinə təqdim olunub

2630

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov şəhər ictimaiyyətinə təqdim olunub.

Əvvəlcə Yeni Azərbaycan partiyasının qurucusu, Ümummilli lider Heydər Əliyevin abidəsi önünə düzülüb gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər təşkilatının inzibati binasında davam etdirilən tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatına 2022-ci il 28 yanvar tarixdə YAP İdarə heyətinin qərarı ilə yüksək etimad göstərilərək sədr vəzifəsinə təyin olunmuş Ramiz Ağəli oğlu Hüseynov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən Sumqayıt şəhər ictimaiyyəti nümayəndələrinə təqdim olunub.

Keçirilən təqdimatda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının şərəfli, zəngin inkişaf yolu keçdiyini bildirib.

Şəhər rəhbəri qeyd edib ki, ölkəmizin və regionun ən böyük aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycanın siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə böyük uğurlara imza atmışdır. Natiq Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyasının ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrildiyini xüsusi vurğulayıb. Zakir Fərəcov Ramiz Hüseynovun gənc yaşlarından Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışdığını qeyd edərək, onun savadlı və təcrübəli kadr olduğunu vurğulayaraq YAP Sumqayıt şəhər təşkilatının sədri təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

YAP Sumqayt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının ölkədə aparılan bütün mütərəqqi işlərin önündə getdiyini, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirdiyini və bu sahədə bir çox uğurlara imza atdığını vurğulayıb. Natiq Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını qeyd edib. Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir. Ramiz Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə, partiyanın çoxsaylı üzvlərinə və şəhər rəhbərliyinə təşəkkür edərək ona göstərilən etimadı doğruldacağına, partiyanın nüfuzunun daha da artırılması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə söz verib.

Tədbirdə çıxış edən millət vəkilləri Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini bildirib, Ramiz Hüseynovun təyinatı münasibətilə təbriklərini çatdıraraq bu şərəfli və məsuliyyətli vəzifənin icrasında ona uğurlar arzulayıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər