YAP Sumqayıt şəhər təşkilatının Şura iclası keçirilib

3415

 

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının yeni istifadəyə verilmiş inzibati binasında partiyanın Şura iclası keçirilib. İclasda 2017-ci ildə görülən işlərə yekun vurulub, qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Şura üzvü Zakir Fərəcov iclasda çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası  Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Partiyanin yaranmasından 25 il ötdüyünü vurğulayan Zakir Fərəcov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın hərtərəfli inkişafı, müasirləşməsi, ölkəmizin dünya birliyində  mövqelərinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır.

YAP Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov ötən dövr ərzində YAP Sumqayıt şəhər təşkilatı tərəfindən  görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Daha sonra YAP Sumqayıt şəhər Təşkilatının sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov, ideoloji məsələlər üzrə müavin Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatı nəzarət təftiş qrupunun sədri Akif Kərimov, qadınlarla iş üzrə müavin Səkinə Sadıqova, gənclər birliyinin sədri Elvin Məmmədzadə  və digər çıxışçılar ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış ediblər.

Yekunda Yani Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər