İyunun 20-də YAP Sumqayıt şəhər təşkilatının VIII konfransı keçirilib.
Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.
Knonfrans nümayəndələri öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini ehtiramla yad etdilər.
Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov geniş çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimai –siyasi həyatında oynadığı roldan və qarşıda duran vəzifələrdən danışıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd etdi ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qurucusudur. Ümummilli liderin qurucusu olduğu və prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası bu gün xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir.
Şəhər rəhbəri bildirdi ki, bu gün ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də ulu öndər Heydər Əliyevin siyasi kursunu yaşadan Yeni Azərbaycan Partiyasına şəhər sakinlərinin inamı olduqca böyükdür.
Vurğulandı ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızda olduğu kimi Sumqayıt şəhərində də genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Sumqayıtda uzun müddət həllini gözləyən problemlər aradan qaldırılır və qısa müddət ərzində şəhərdə mühüm layihələr həyata keçiriləcək.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilkatının sədri Asif İmaməliyev ötən dövr ərzində görülən işlər barədə məruzə ilə çıxış edərək hesabat verib.
Sonra gündəliyə müvafiq olaraq nəzarət təftiş qrupunun gördüyü işlər barədə hesabat konfrans iştirakçılarının diqqətinə çatdırılıb.Məruzə ətrafında çıxış edənlər təşkilatın son konfransdan keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər.
Konfransda YAP Sumqayıt şəhər təşkilatının yeni tərkibdə şurası, idarə heyəti və nəzarət təftiş qrupu seçilib. Ramiz Hüseynov YAP Sumqayıt şəhər təşkilatının sədri seçilib.