YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib – FOTOLAR

787

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn hesabat konfransı keçirilib.

Konfransda şəhər təşkilatının İdarə heyətinin üzvləri, Şura üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, YAP İcra Katibliyinin şöbə müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisdə Sumqayıt şəhərini təmsil edən deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Emin Hacıyev, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavinləri Teymur Səmədov, Gündüz Əliyev, YAP İcra Katibliyinin əməkdaşı Emil Abasov iştirak etdilər.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov konfransı açaraq konfrans iştirakçılarını salamladı. 44 günlük Vətən müharibəsində tökülən qanları ilə torpaqlarımızın azadlığını təmin edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hesabat məruzəsi konfrans iştirakçılarına təqdim olundu. Hesabat məruzəsi mətnə sinxronizasiya olunmuş slaydlarla təqdim olundu. Sədr Ramiz Hüseynov bildirdi ki, hesabat ilində şəhər təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına, Mərkəzi İcra Aparatının tapşırıq və tövsiyələrinə, Yeni Azərbaycan Partiyasının sədri, ölkə prezidenti Zati-Aliləri İlham Əliyevin çıxış və müsahibələrindən irəli gələn vəzifələrə əsasən qurmuşdur.

Hesabat ilində Sumqayıt şəhər təşkilatının Tədbirlər Planına uyğun olaraq xronoloji qaydada təqdim olunan hesabat şəhər təşkilatının bütün fəaliyyət istiqamətlərini əhatə etmişdir. Şəhərdə ideoloji işin qurulması istiqamətində öz töhfələrini vermiş YAP Sumqayıt şəhər təşkilatının yaranmış qlobal pandemiya şəraitində gördüyü işlərdən danışan məruzəçi qeyd etdi ki, şəhər partiya təşkilatı keçən ilin məlum hadisələri, Koronavirus pandemiyası ilə əlaqədar qəbul edilmiş Qərarları rəhbər tutaraq yerlərdə partiya yığıncaqlarının, tədbirlərin keçirilməsi, partiya sıralarına yeni üzvlərin qəbul edilməsi işini verilən tapşırıq və tövsiyələr əsasında qurmuşdur.

Hesabat ilində partiya təşkilatı ölkədə həyata keçirilən genişmiqyaslı sosial islahatların və iqtisadi uğurların təbliği, qarşıda duran vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin rolu və yeri, gəncləridə milli vətənpərvərlik ruhunun artırılması və tərbiyə edilməsi, adət-ənənələrin qorunub saxlanılması, fevral 2020-ci il tarixində ölkədə keçirilən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçicilərin iştirakının mütəşəkkilliyi, YAP tərəfindən irəli sürülmüş namizədlərin dəstəklənməsi istiqamətində seçicilərlə aparılan işlər əsas yer tutmuşdur.

Milli Məclis 9 fevral tarixində keçirilmiş seçkilərdə şəhərdə fəaliyyət göstərən dörd seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər mütləq səs çoxluğu ilə inamlı qələbə qazanmışdır. Şəhər partiya təşkilatı seçkilərin azad, şəffaf və ədalətli keçirilməsində demokratik seçki təcrübəsində qazandığı təcrübəyə əsasən Yeni Azərbaycan Partiyasının qələbəsinə öz layiqli töhfəsini vermişdir.

Hesabat ilində YAP Sumqayıt şəhər təşkilatı dünyanı cənginə almış Koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti cənab İlham Əliyevin qabaqlayıcı tədbirlər görməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli işlərdən danışan məruzəçi möhtərəm prezidentimizin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 000 manat vəsait köçürüldüyünü qeyd etdi.

YAP Sumqayıt şəhər təşkilatı pandemiya dövründə şəhərdə yaşayan aztəminatlı ailələrin sosial problemlərinin həlli, tənha yaşayan ahıl insanlara “Sağlamlığımız milli həmrəyliyimizdədir”, “Biz birlikdə güclüyük” yardım aksiyalarının həyata keçirilməsi işinin əsasən partiyanın fəal gənclərinin, könüllülərin cəlb edilməsi ilə həyata keçirildiyi qeyd edən məruzəçi bildirdi ki, YAP Sumqayıt şəhər təşkilatı gələcək fəaliyyətini Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, partiyamızın lideri Möhtərəm İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizdə həyata keçirilən siyasətin birmənalı dəstəklənməsi istiqamətində sarsılmaz xalq-iqtidar birliyinin qorunub saxlanması, ölkənin iqtisadi-siyasi gücünün artırılması, “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında müəyyənləşdirilmiş strateji istiqamətlərin reallaşdırılması naminə tapşırılan işlərdə hər bir partiya üzvünün üzərinə düşən vəzifənin məsuliyyətlə yerinə yetirilməsinə yönəldəcəkdir.

YAP Sumqayıt şəhər təşkilatının Qadınlar Şurasının sədri Nazilə Cəlilova rəhbərlik etdiyi qurumun hesabat dövründəki fəaliyyətindən bəhs edib. Ərazi ilk partiya təşkilatlarında gənclər və qadınlarla aparılan işin YAP Sumqayır şəhər təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Konfransda YAP Sumqayıt şəhər təşkilatının 2021-ci il üçün Fəaliyyət Planı təsdiq edildi.

YAP İcra Katibliyinin şöbə müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP İcra Katibliyinin əməkdaşı Emil Abasov, Milli Məclisin deputatı Hicran Hüseynova, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavinləri Teymur Səmədov və Gündüz Əliyev, şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Akif Kərimov, şəhər təşkilatının Şura üzvləri Təbrik Quliyev və Mətanət Pirquliyeva çıxış edərək ötən dövrdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, Vətən Müharibəsində Azərbaycan Ordusunun Şanlı qələbəsindən böyük qürür və fərəh hissi ilə danışdılar.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi.

Konfransda şəhər partiya təşkilatının ictimai-siyasi həyatında fəaliyyətlərinə görə və partiyanın şəhər təşkilatının 28 illiyi münasibətilə bir qrup partiya fəallarına və veteranlarına təşəkkür elan olunaraq Fəxri Fərmanlarla təltif olunmalar konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

YAP Sumqayıt təşkilatının hesabat konfransı keçirilib - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər