Yay tətilinin olmasına baxmayaraq orta məktəblərdə Peşəyönümü ilə bağlı təlimlər davam edir

684

“Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB  2011-ci il aprel –iyul aylarında  “Sumqayıt orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili prosesinin dəstəklənməsi “layihəsini həyata keçirir.Layihəni  Azərbaycan Respublikası Prezidenti yanında OHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirir. Layihə çərçivəsində 8 təlim may ayında keçirilmişdir. Təlimlərdən Sumqayıt şəhər 16,10,1,12,13,39,5 və 3 saylı orta məktəblərin  204 şagirdləri bəhrələndilər.

Təlimlərin 2-ci hissəsi yay tətillərinə düşdü. Layihə icraçıları əvvəlcədən məktəb rəhbərliyi ilə görüşüb təlimlərin vaxtını müəyyənləşdirdilər .Sumqayıt 31 saylı məktəbdə  6 iyulda,24 saylı məktəbdə 7 iyulda və 8 iyulda 33 saylı məktəbdə təlimlər keçirildi.Təlimlərdə 9-cu siniflərin şagirdləri iştirak edirdilər.Yay tətili olmasına baxmayaraq uşaqlar təlimlərdə fəal iştirak etdilər. Öncə “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzinin  sədri Zeynalova Mətanət çıxış edərək, indiki zamanda peşəseçimi ilə bağlı təlimlərin faydalı olmasinı vurğuladı.   Təlimçi Eyvaz Qocayev  şagirdlərə düzgün peşə seçiminin önəmi, insan həyatında işin rolu, peşə seçimində özünü tanıma faktoru, peşələr  və xüsusiyyətləri, gələcəkdə daha çox tələbatın olacağı peşələr, düzgün peşə seçiminə təsir edən amillər, peşə hazırlığı, peşəyə necə yiyələnməli, universitet seçimi haqqında ətraflı məlumat verdi.. Təlim zamanı peşə yönümünün müəyyənləşdirilməsi üçün aparılan psixoloji test  şagirdlər tərəfindən maraqla qarşılandı.

Yay tətilində təlimlərin təşkilində köməklik göstərmiş məktəb direktorlarına  Xanım Əhmədova (31 saylı məktəb), Mehriban Nəcəfova (24 saylı məktəb) Rübabə Əskərova (33 saylı məktəb) xüsusi təşəkkür olunur..Bu həmin məktəblərdə rəhbərliyin   peşəkar işinindən xəbər verir.Təlimlər isə hələ davam edir.

Samirə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər