"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?

2187

Türkiyənin “Kanal 7” ekranlarında yayımlananan “Yemin” serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub.

Yağmurun kim olması hamının marağına səbəb olub.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur, teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi  aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən  “Vicdan haqqı” serialında əsas rollardan birinin ifaçısı olub.

Türk filmində çəkiləcəyində hər hansı çətinliklərlə üzləşmədiyini qeyd edən Yağmur indiyədək İstanbula ancaq gəzməyə gəldiyini  bildirib:

“Hazırda çəkilişlərdən vaxt əldə edə bilmədiyindən şəhəri gəzmək imkanları məhduddur”.

İstanbulda özünü yad hiss etməyən Yağmur qeyd edib ki, filmə çəkilməyim gözlədiyimdən də yaxşı oldu:

“Anam yanımda olmasa da, çəkiliş qrupu mənə çox isti münasibət bəsləyir. Biz iki dövlət, bir millətik. Sağ olsunlar, məni əl üstündə saxlayırlar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər