Yeni dövrün başlanğıcı: Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament

320

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 Mart 2020-ci il tarixində VI çağırış Milli Məclisin ilk iclasında etdiyi çıxış ölkənin siyasi, iqtisadi və sosial həyatında yeni bir dövrün başlanğıcı oldu. Prezident bu çıxışda həm daxili siyasətə, həm də xarici münasibətlərə dair önəmli mesajlar verdi və Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən etdi.

Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək, Milli Məclisin fəaliyyətini daha da təkmilləşdirmək, sağlam siyasi münasibətlərin bərqərar olunmasına nail olmaq idi.

Avropa İttifaqının seçkilərlə bağlı müsbət rəy verməsi, Azərbaycanın demokratik proseslərə sadiqliyinin bir göstəricisi kimi qiymətləndirilə bilər. Çoxpartiyalı parlamentin formalaşması, siyasi plüralizmin təzahürü kimi, ölkədə fikir müxtəlifliyinin və demokratik ənənələrin dərinləşməsinə xidmət edir.

Prezidentin qanunvericilik təşəbbüsləri və islahatların davamlı şəkildə aparılmasının önəmini vurğuladı, Azərbaycanın müasir çağırışlara adekvat olaraq inkişaf etdirilməsi zərurətini önə çəkdi. Bildirdi ki, sosial dövlət quruculuğu, minimum əməkhaqqı və pensiyaların artırılması, şəffaflıq və kölgə iqtisadiyyatına qarşı mübarizə, ölkənin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərin cəmiyyətdə fəal rol oynaması, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə dostluq münasibətlərinin qurulması, Türkdilli dövlətlərlə əməkdaşlıq, Avropa İttifaqı ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Eyni zamanda, beşinci kolon amilinə qarşı mübarizə, ölkənin suverenliyi və təhlükəsizliyinin qorunması üçün vacibdir.

Prezident İlham Əliyevin çıxışından bəzi sitatlara diqqət edək:

  • Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
  • İslahatları davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir.
  • Parlamentin əsas işi qanunvericilikdir. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi.
  • Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür.
  • Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır.
  • Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməlidir.
  • Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar.
  • İqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisinrolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara adekvat olmalıdır.

Göründüyü kimi, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müasir inkişaf yolunda qarşılaşdığı çağırışlar və bu çağırışlara cavab olaraq həyata keçirilən islahatlarla bağlı dərin təhlil və irəli sürülən təklifləri əhatə edir. Bu islahatlar ölkənin siyasi, iqtisadi və sosial sahələrdə daha da güclənməsi, demokratik dəyərlərin dərinləşdirilməsi və vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın gələcək inkişaf perspektivləri bu çıxışda qoyulan hədəflərə və islahatların uğurla həyata keçirilməsinə bağlıdır.

Ötən dövr ərzində görülən işlər, aparılan islahatlar bir daha göstərdi ki, Azərbaycanın dövlət quruculuğu və iqtisadi inkişafı istiqamətində atılan addımlar ölkənin dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir. Bu islahatlar həm iqtisadiyyatın müxtəlif sahələrində, həm də sosial və siyasi həyatda əhəmiyyətli irəliləyişlərə yol açıb. Dövlət idarəçiliyinin effektivliyinin artırılması, şəffaflığın təmin edilməsi, iqtisadi diversifikasiyanın dərinləşdirilməsi və sosial məsuliyyətin gücləndirilməsi kimi məqsədlərə xidmət edən bu islahatlar, həmçinin, vətəndaşların rifah səviyyəsinin yüksəldilməsinə töhfə vermişdir. Ölkənin beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsi və xarici iqtisadi əlaqələrin genişləndirilməsi də aparılan islahatların mühüm nəticələrindən biri olmuşdur. Bu proseslər Azərbaycanın qlobal iqtisadi və siyasi sistemlərə inteqrasiyasını daha da dərinləşdirərək ölkənin strateji maraqlarının qorunmasına və inkişaf etdirilməsinə xidmət etmişdir. Bu baxımdan, ötən dövr ərzində həyata keçirilən islahatlar, Azərbaycanın gələcək inkişaf perspektivləri üçün sağlam əsas yaratdığını bir daha təsdiqləyir.

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər