Yeni hücumçu “Sumqayıt”dakı hədəflərindən danışıb

563

“Sumqayıt”ın yeni hücumçusu Can Akgün Azərbaycan karyerasından danışıb. Azerisport.az xəbər verir ki, gənc futbolçu Almaniya mətbuatına açıqlamasında bunları söyləyib:

“Azərbaycanda komandalar həm maliyyə, həm də digər planlarda inkişaf edirlər. Məsələn, bu mövsüm “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu, ölkə çempionatının səviyyəsini göstərir. Bütövlükdə isə, Azərbaycan klublarını Almaniyanın ikinci və üçüncü Bundesliqa klubları ilə müqayisə etmək olar”.

23 yaşlı forvard “Sumqayıt”dakı hədəflərindən də danışıb: “Mənim hədəfim peşəkar səviyyədə mümkün qədər irəliləyişə nail olmaqdı. “Sumqayıt”da mənim belə bir imkanım var. Yaxşı oyun sərgiləməklə hətta Azərbaycan yığmasına da çağırıla bilərəm. Hazırda əsas hədəfim məhz budu”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər