Yol verin qudam gəlir: QOHUM OLAN MƏMUR VƏ DEPUTATLAR KİMLƏRDİR?

751

Son zamanlarda məmurların adları mətbuatın gündəmində müxtəlif xəbərlərdə hallanır. Ən maraqlısı isə tez-tez iki məmurun ya da deputatların quda və qohum olması xəbərləridir. Bu günlərdə belə bir məlumat Gəncənin icra başçısı Elmar Vəliyev haqqında yayıldı. İcra başçısının Baş Prokurorluğun idarə rəisi Əzizağa Həsənovla quda olduğu deyilir.

Ölkə mediası bu xəbərdən sonra oxucuların marağını nəzərə alıb, kiçik bir araşdırma apardı. Azərbaycanda hansı məmurlar bir-biri ilə qohum olub?

Başlayaq elə bu barədə xəbərləri yayılan Elmar Vəliyevdən. O, Baş Prokurorluğun idarə rəisi olan Əzizağa Həsənovla quda olub, icra başçısı idarə rəisinin qızını oğluna alıb. Ə.Həsənov əslən Salyan rayonundandır və onun qardaşı Hüseynağa Həsənov bu rayonun mərkəzi Xəstəxanasının baş həkimidir.

Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin isə Prezidentin mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovla qohum olduğu deyilir.

Mətbuatda adı tez-tez hallanan nəqliyyat naziri Ziya Məmmədov da oğlu üçün məmur qızına elçi düşənlərdəndir. Belə ki, bu yaxınlarda toyu olan Anar Məmmədov Hesablama Palatasının sədri Heydər Əsədovun qızı ilə ailə qurub.

Ziya  Məmmədov buna qədər sabiq baş hərbi komissar, Salyan rayonunun keçmiş icra başçısı, hazırki deputat Əliağa Hüseynovla qohum olub. Məlumata görə, Ziya müəllimin qızı Nigar xanım Əliağa müəllimin oğlu ilə ailəı qurub.

Nəqliyyat naziri həm də deputat Sabir Rüstəmxanlı ilə qohumdur.  Belə ki, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının bir müddət öncə Ziya Məmmədovun qardaşıİldırım Məmmədovun qızı Günel xanımla evlənib.

Yol verin, qudam gəlir…

Analoji qohumluq münasibəti təhsil naziri Misir Mərdanovla məşhur Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sabiq hakimi Mənsur İbayev arasında da var.

Qətlə yetirilmiş general Rail Rzayev də general Əliağa Hüseynovun qardaşı ilə qohumdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qudadır.

Daha bir məşhur quda isə sabiq səhiyyə naziri Əli İnsanovla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyasında  şöbə müdiri vəzifəsini tutan general Məhərrəm Əliyevdir.

Azərbaycanda yüksək vəzifələrdə işləyən, bu və digər qohumluq əlaqələri olan xeyli məmur var. Daxili işlər naziri Ramil Usubovun isə Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə quda olması məmur qudalarının sayını artırıb.

Azərbaycanın ən nüfuzlu məmurlarından biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən il Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib. Fövqəlnazir kiçik oğlu Nicat Heydərova Elçin Quliyevin qızını almaqla qohum olan məmurların siyahısını artırıb.

Ötən il övladlarına toy edib məmur quda qazananlardan biri də milli təhlükəsizlik naziriEldar Mahmudov olub. Nazir oğluna Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevinqızını alıb.

Nəqliyyat nazirinin müavini Musa Pənahov Moldovanın keçmiş prezidenti Vladimir Voroninlə qudadır. Musa müəllimin oğlu Voroninin nəvəsi ilə evlənib.

Baş nazirin müavini Abid Şərifovun gəlini daxili işlər nazirinin sabiq müavini, mərhumRövşən Cavadovun qızıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.

Baş prokurorun birinci Rüstəm Usubovla müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayır. Rüstəm müəllimin qızı Yavər Camalovun oğlu ilə evlənib.

… ən əziz adam gəlir

Vergilər naziri Fazil Məmmədovun da qohumu olan məmur var. Fazil Məmmədovun bacısının həyat yoldaşı Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovdur.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədriƏhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olması bəllidir…

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HəsənovAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.

Azərbaycan məmurlarının vəzifəli şəxslərlə qohum olması yalnız ölkə daxili ilə məhdudlaşmır. Xarici dövlətlərlə quda olan, nəvələrinə kirvə tutan nazirlərimiz, deputatlarımız da var.
Son günlər adı mətbuatdan düşməyən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qızlarından birini Rusiya Gömrük Komitəsi sədrinin müavininin oğluna ərə verib. Maraq doğurduğundan onu da bildirək ki, iki dövlətin quda olan vəzifə sahibləri övladlarının toy mərasimini Yunanıstanın paytaxtında Afinanın ən bahalı otellərindən birində təşkil ediblər.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.

Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından biri, Prezident Katibliyinin sabiq rəhbəriEldar Namazovla Azərbaycan Diplomatik Akademiyasının rektoru, Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayev qohum olublar. Məlumata görə, Eldar Namazovun ABŞ-da təhsil alan oğlu Saqif Namazov Hafiz Paşayevin nəvəsi ilə nişanlanıb.

Tovuz rayonunun sabiq icra başçısı, hazırda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsini tutan Həmid Bağırov Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovla qohumdur. Həmid Bağırov Əhliman Əmiraslanovun qaynıdır.
Bu, hakimiyyətdəki qudaların yalnız kiçik bir siyahısı idi. Amma hökumətdə, digər hakimiyyət qollarında yüksək postlarda qərar tutan bir çox məmurlar  da var ki, digər qohumluq əlaqələrindədirlər. /modern.az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər