“Yoldaşım dedi ki, video baxılası deyil” — Müəllimin xadiməni zorlamasının təfərrüatı

2036

Cəlilabad rayonu Muğan kənd orta məktəbinin təmizlik işçisini zorladığı deyilən müəllim B.A (ad şərtidir) ailəli imiş.Sözügedən məktəbin direktoru Aygün Məlikova “Ölkə.Az”a verdiyi məlumata görə, müəllimin bir, texniki işçinin iki övladı var. A.Məlikova hər iki şəxsi belə xarakterizə edib:

“B.A altı ildir bizim məktəbdə ibtidai sinif müəllimi işləyir, 34 yaşı var. Mən bu məktəbə iki ildir rəhbərlik edirəm. Qadın isə məktəbimizin təmizlik işçisi yox, gündüz gözətçisidir. Hər ikisi ailəlidir. Gözətçinin iki, müəllimin bir övladı var. Bu müddətdə onların hansısa münasibətinin olmasını hiss etməmişik. Hər ikisi hər gün məktəbdə olurlar”.

Direktor bildirib ki, dünəndən Muğan kənd sakinləri müəllimi axtarır:

“Kənd camaatı müəllimin evinin həyətinə tökülüşüb üsyan edirlər. Qapısında iki yüzdən çox adam var idi. Amma nə qadın, nə də müəllim ortada yoxdur. Qadın şikayəti edəndən sonra gecəylə qaçmışdı. Bildiyimə görə hazırda hər ikisi polis idarəsindədir. Dünənə qədər hər ikisi işə gəlirdilər. Mənim qızlarımdan biri də həmin müəllimin sinfində oxuyur. İnanın ki, özüm dünəndən qorxu, həyəcan içindəyəm, yatmamışam.

Qarovulçunun eviylə məktəbin həyəti bitişikdir. Kənd camaatına da deyirəm ki, mən məktəbin məsuliyyətini daşıyıram. İşçilərin işdən sonra etdiklərinə cavabdeh deyiləm”.

A.Məlikova qeyd edib ki, müəllimlə gözətçinin intim münasibətini əks etdirən video görüntü kənddə yayılıb:

“Onların münasibətini əks etdirən video var. Mən o videoya baxmamışam. Ancaq baxanlar deyirlər ki, ora məktəb deyil, başqa evdir. Həmin görüntülər kəndin bütün oğlanlarının telefonlarında var. Videoda müəllimin yox, ancaq gözətçinin üzü görünür. Bunu mənə bayaq müəllimin həyat yoldaşı dedi ki, o videodakı bizim ev deyil. Baxmaq istədim, həyat yoldaşım icazə vermədi ki, baxılası deyil”.
Qeyd edək ki, xəbəri ilk olaraq “Report” yayıb. Xəbərdə qeyd edilir ki, Muğan kənd orta məktəbinin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.

Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.

Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər