Zakir Fərəcov 38 nömrəli məktəbdə oldu, şagird və müəllimlərlə görüşdü – FOTO

509

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Sumqayıt şəhər 38 nömrəli  məktəbdə olub, mövcud şəraitlə yaxından tanış olublar.

Vurğulanıb ki, aparılan statistik təhlillər son bir neçə ildə Sumqayıt təhsilinin bütün göstəricilər üzrə dinamik artım tempi nümayiş etdirdiyini, davamlı inkişafa nail olunduğunu deməyə əsas verir.

Qeyd olunub ki, ümumi təhsildə keyfiyyət irəliləyişləri nəinki buraxılış və qəbul imtahanlarının nəticələrində, eyni zamanda digər təhsil pillələri üzrə təlim göstəricilərində də müşahidə edilib, bəzi göstəricilər isə son illərin ən yüksək göstəricisi olub.

Şəhər rəhbəri şagirdlərdən peşə seçimi, şəhərdə həllini gözləyən problemlərlə bağlı fikirlərini öyrənib, onlara tövsiyələrini verib, sualları cavablandırıb. Şəhərdə görülmüş işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təkliflərini dinləyib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər