Zakir Fərəcov Əli Əmirovu təbrik edib -FOTO

2239

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Şəhərin ictimai-siyasi həyatında fəal iştirakına  və 75 illik yubileyi münasibətilə Əli Əmirovu təbrik edib və ona fəxri fərman təqdim edib.

Qeyd edək ki, Əli Əmirov 1948-ci ildə mart ayının 12-də Hacıqabul rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirib, ixtisasca “avtomatika və telemexanika” üzrə mühəndisdir.

Əmək fəaliyyətinə 1970-ci ildə Sumqayıt şəhərində, tanınmış elm ocağı olan “Neftkimyaavtomat” ETLİ-də (indiki “Neftqazavtomat” EİM) başlamışdır. 1983-cü ildə Ukrayna EA “Elektrodinamika” institutunda dissertasiya işini müdafiə etmişdir, texnika üzrə fəlsəfə doktorudur.

1986-87-ci illərdə “Neftqazavtomat” EİB-in tabeliyində olan Əli-Bayramlı “Cihazlar” zavodunda direktor vəzifəsində işləmiş, 1994-cü ildən başlayaraq isə 25 il ərzində “Neftqazavtomat” EİM-ə rəhbərlik etmişdir. 2020-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi və eyni zamanda Azərbaycan Texniki Universitetində dossent vəzifələrində işləyir.

Əli Əmirovun rəhbərliyi altında neft, qaz, neftkimya və energetika sənaye sahələri üçün çox sayda avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri, cihaz və qurğuları yaradılaraq, Respublikamızda və xaricdə geniş surətdə tətbiq edilmişdir. Eyni zamanda, onun rəhbərliyi ilə müdafiə sənayesi sahəsində bir sıra xüsusi təyinatlı məmulatlar yaradılmış, seriyalı istehsala buraxılmış və silahlı qüvvələrimizin istifadəsinə verilmişdir. O, ixtiraçı-alimdir, bir çox elmi məqalələrin və ixtiraların müəllifidir.

Əli Əmirov bu xidətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdür.

O, Ələmi təxəllüsü ilə həm də bədii yaradıcılıqla məşğul olur, şair-qəzəlxandır, yüzlərlə qəzəlin, o cümlədən, şeirlər kitabının müəllifidir. Əli Ələmi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər