Azərbaycan nümayəndə heyətinin Sian şəhərinin meri Li Minyuan ilə görüşündə Sumqayıt ilə tarixi İpək Yolunun başladığı Sian şəhəri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Sumqayıt ilə Sian arasında dostluq əlaqələrinin qurulması haqqında bu ilin iyulunda Sumqayıtda imzalanan Niyyət Protokolu şəhərlərimiz arasında iqtisadi və humanitar əlaqələrin intensivləşməsinə, qarşılıqlı investisiya, ticarət və turizm sahəsində əməkdaşlığın dərinləşməsinə şərait yaradır.
Z.Fərəcov bu il Çin Xalq Respublikasının yaranmasının 70 illiyi münasibətilə təbriklərini çatdıraraq, bu il həm də Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd olunacağını bildirib. O, Sian şəhər rəhbərliyini bu münasibətlə keçiriləcək tədbirlərdə iştirak üçün Azərbaycana dəvət edib.55978559785