Zakir Fərəcov “Son zəng” tədbirində iştirak edib – FOTOLAR

6147

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1 nömrəli tam orta məktəbdə keçirilən son zəng tədbirində iştirak edib.

Tədbirdə iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbin müəllim və şagird kollektivini, eləcə də valideynləri təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şəhər rəhbəri qeyd edib ki, son illər qazanılan bütün uğurlar cənab Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi diqqətinin nəticəsi kimi dəyərləndirilməlidir.

Vurğulanıb ki, ötən dövr ərzində Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Son bir il ərzində şəhər ərazisində 3 məktəb tikilərək istifadəyə verilib. 1 nömrəli tam orta məktəb də Prezident İlham Əliyevin sərəncamı ilə sökülərək yerində müasir məktəb tikilib.

Məktəbin direktoru Kəmalə Hüseynova çıxış edərək bildirib ki, məktəbdə 78 sinifdə ümumilikdə 2680 şagird təhsil alır. Onlardan 5 sinif olmaqla 148 nəfər şagird bu il məzun olur. Məktəb öz uğurları ilə həmişə Sumqayıt məktəbləri arasında seçilib. 26 mayda ölkəmizdə ilk dəfə keçirilən “Texnofest-Azərbaycan” festivalında  məktəbin 7-8-ci sinif şagirdlərindən ibarət komandası “Yaşıl Texnolgiyalar” kateqoriyası üzrə iştirakçı olaraq final mərhələsinə qədər yüksəlmişdir.

“Son zəng” tədbirində məktəblilərin ifasında müxtəlif rəqs nömrələri, şerlər və mahnılar səsləndirilib.

Pedaqoji fəaliyyətdə fərqlənən bir qrup müəllimə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib. Sonda məzunlarla xatirə şəkili çəkdirilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər