Zakir Fərəcov sumqayıtlıları təbrik etdi

1247

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Sumqayıt sakinlərini təbrik edib. 

Təbrikdə deyilir:

“Əziz sumqayıtlılar,

İcazə verin Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2022-ci il münasibəti ilə təbrik edim, şəhərimizin sakinlərinə möhkəm can sağlığı, uğurlar arzulayım.

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş xalqımızın xoşbəxtlik, səadət və inkişaf yolu bu gün Azərbaycan Respublikasının  Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gedən böyük və sürətli inkişaf xalqımızın maddi, mənəvi hətyatındakı yüksəliş, dünya dövlətləri içərisində qüdrətli Azərbaycan kimi tanınması, beynəlxalq aləmdə öz yerini möhkəmlətməsi Azərbaycanın son 18 ildə qazandığı böyük uğurlar məhz Cənab Prezidentimizin adı ilə bağlıdır.Bu gün Azərbaycan regionun güc və söz sahibidir.

Hazırda Azərbaycan xalqı, Azərbaycan dövləti tarixinin ən gözəl, ən əlamətdar günlərini yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yazdı. Uzun illər davam edən Vətən həsrətimizə son qoyuldu, arzularımız gerçəyə çevrildi. Məhz bu Qələbə nəticəsində Azərbaycan dünyaya qalib dövlət, qalib xalq kimi tanındı. Bu gün dağıdılmış Qarabağda sürətli bərpa işləri həyata keçirilir. Biz inanırıq ki, dövlət başçımızın rəhbərliyi sayəsində Qarabağ torpağı tezliklə gülüstana çevrilicək.

Vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində dayanır.   Dövlət Başçısınin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar, imzalanan Sərəncam və Fərmanlar ölkə əhalisinin, eləcə də Sumqayıt sakinlərinin həssas qruplarına yönələn diqqətin, qayğının bariz nümunəsidir.

Əziz sumqayıtlılar,

Ölkəmizin bütün bölgələri kimi Sumqayıt şəhəri də cənab Prezidentin yüksək diqqət və qayğısı sayəsində özünün böyük, dinamik inkişaf dövrünü yaşayır. Bu günkü Sumqayıt Ulu Öndər Heydər Əliyevin və sumqayıtlıların arzuladığı bir şəhərdir. Bu günkü Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Özünəməxsus müasir şəhər nümunəsinə çevrilən Sumqayıt hər bir şəhər sakininin onu qurub yaradan, inkişaf etdirən adamların və onların fədakar əməyinin qürur və fərəh doğuran nəticəsidir.

2 ilə yaxın bir müddətdə bütün dünyanı ölümlə hədələyən Covid-19 pandemiyası çox təəssüf ki, bizim ölkəmizdən, eləcə də şəhərimizdən yan keçmədi. Son gününü yaşadığımız 2021-ci ildə koronavirus pandemiyasının həyacanının təsiri altında keçdi. Ölkə rəhbərinin tapşırıq və tövsiyyəsinə əsasən respublikamızda, həmçinin şəhərimizdə də vaksinasiya kampaniyası uğurla həyata keçirilir. Koronavirus infeksiyası ilə bağlı tibb elminin gəldiyi ortaq qənaət budur ki, pandemiyadan qurtulmaq yalnız peyvəndlə mümkündür. Odur ki, əziz sumqayıtlılar, ölkəmizdə, o cümlədən şəhərimizdə  həyata keçirilən uğurlu vaksinasiya prosesində fəal iştirak edin. Belə olarsa pandemiya bəlasından da tez bir zamanda qurtula bilərik.

Əziz sumqayıtlılar,

72 yaşlı Gənclik şəhərinin əziz sakinləri, bir daha Sizin hər birinizi, bütün Sumqayıt ictimaiyyətini qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə firəvan həyat, xoş günlər arzulayıram.

Ən xoş arzularla

Zakir Fərəcov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər