45 saylı körpələr evi uşaq baxçasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqların bayram şənliyində iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpə fidanları bayram münasibəti ilə təbrik edib, gələcəyimiz olan uşaqlara can sağlığı, xöşbəxt həyat və sadət arzuylayıb. Şəhər rəhbəri çıxışında bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Vurğulanıb ki, Sumqayıt şəhərində də son illərdə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə xeyli işlər görülüb, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılıb, istilik sistemi tam bərpa olunub, bütün uşaq bağçaları isti su ilə təchiz edilib, ərzaq təminatı ciddi nəzarətə götürülüb.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada uşaqlar maraqlı proqramla çıxış ediblər. Uşaqların ifasında yeni ilə həsr olunan şerlər, mahnılar və rəqs nömrələri alqışlarla qarşılanıb.
Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.