Zəfər Günü Sumqayıtda möhtəşəm konsert və atəşfəşanlıq olacaq  

2258

Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Sumqayıt şəhərində möhtəşəm konsert və atəşfəşanlıq olacaq.

Azərbaycanın tarixi zəfərinin üçüncü ildönümü münasibəti ilə keçiriləcək konsert proqramı Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək. Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Mir Yusif, Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev, Nadir Qafarzadə, Məleykə Əsədova, Təyyar Bayramov, Gülzar Fərəcova, Almaxanım Əhmədli, Namiq Məna iştirak edəcəklər.

Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olacaq.

Qeyd edək ki, konsert proqramı noyabrın 8-də saat 19.00-da başlayacaq və saat 21.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər