Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi – FOTO

425

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Ziyalı Ocağı” İctimai Birliyi oktyabr ayının 14-də Sumqayıt şəhər Nəsrəddin Tusi adına 12 saylı orta məktəbdə “Erməni vandalizminin izləri” adlı növbəti tədbirini keçirib.

Avropa.info xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə layihə rəhbəri İlahə Əliyeva açaraq layihə barədə məlumat verib, sonra ermənilərin torpaqlarımızda törətdiyi vandalizm aktları barədə danışıb:

“Biz tarixin müəyyən zaman kəsiklərində xalqımızın başına gətirilən faciələri, soyqırımları unutduq və unutdurduq. Mənfur düşmənlərimizi gələcək nəsillərə olduğu kimi tanıtmadıq. Qatı düşmən isə heç zaman yatmadı, çirkin niyyətlərinin keşiyində həmişə ayıq-sayıq dayandı. Qələbələrini də elə bu səbəbdən qazandı. 1536-cı ildə bir milyon kvadrat kilometrlik ərazidə özünün parlaq səltənətini quran böyük Azərbaycan hazırda 86,6 min km²-lik bir əraziyə malikdir. Bu faktın özü bir çox məqamlardan, mətləblərdən xəbər vermirmi?

Zamanında düşmənin hiyləsini, məkrini görüb xalqa olduğu kimi izah etsəydik, təbliğ etsəydik, xalqın yaddaşını korşalmaqdan qorusaydıq və ən nəhayət, birləşsəydik, bu günkü maddi və mənəvi itkilərlə üzləşməzdik.
Dünənimizdə baş verən səhvləri bu gün düzəltməliyik. Haqq səsimizi bütün dünyaya hayqırmalı, pozulmuş hüquqlarımızı, hələ də işğal altında qalan digər torpaqlarımızı da geri qaytarmalıyıq”.

Layihənin eksperti Rəsul Həşimov (Mirhəşimli) öz çıxışını işğalçı Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandallıq aktları üzərində qurub. O, Qubadlı rayonunda qarşılaşdığı erməni vandalizmi barədə məlumat verib: “Ötən ilin iyununda işğaldan azad olunan, doğulub, boya-başa çatdığım rayona – Qubadlı rayonuna getdim. 1993-cü ilə qədər Qubadlı şəhərində yaşadığımız evimizi, oxuduğum orta məktəbi gördüm. Doğma yurd yerimizi erməni vəhşiləri tamamilə dağıtmışdı, evimizdən, oxuduğum məktəbdən, Qubadlı şəhərinin gözəl mənzərəsindən, demək olar ki, əsər-əlamət qalmamışdı. Gördüyüm acınacaqlı mənzərə qarşısında donub qalmışdım. Rayonda daş daş üstündə qalmamışdı. Bu barbar ermənilər işğal olunmuş ərazilərimizdə, rayon və kəndlərimizdə hər cür vandallıq aktına əl atmışlar. Nə evlər var, nə mədəniyyət ocaqları. Hamısını söküb, oğurlayıb aparıblar.

Erməni quldurları tarixi, milli-dini abidələri təhqir etməklə, dağıtmaqla yanaşı, Azərbaycan torpaqlarında ekoloji terror da törədiblər. Ekoloji fəsadlara yol açan, insanlığa yaraşmayan cinayətlərə əl atmışlar. Bunları görmək, yaşamaq olduqca ağırdır”.

R. Həşimov vurğulayıb ki, 2020-ci ilin 27 sentyabrdan başlayan  hərbi əməliyyatlarla rəşadətli Azərbaycan Ordusu şanlı tarix yazıb: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 28 illik bir işğala, nisgilə son qoydu, xalqımıza Zəfər qazandırdı. Son əsrlərdə mərhələli şəkildə torpaq itkisi ilə üzləşən xalqımız tarixi zəfərə imza atır, itirilmiş, qəsb edilmiş torpaqlarımızı, ərazilərimizi geri qaytarırdı. Bütün Azərbaycan xalqı o günləri bayram edirdi”.

Qarabağ müharibəsinin veteranı İslam Mahmudov “Torpaq uğrunda ölən varsa Vətəndir!” mövzusundakı çıxışında öz gəncliyindən, torpaqlarımızı azğın erməni tapdağından xilas etmək üçün vuruşmağından danışıb. Onunla bərabər vətən uğrunda sinəsini sipər edən gənclərimizin sarsılmaz şücaətindən, vətənpərvərliyindən, habelə, Vətən müharibəsinin tarix salnaməmizdəki möştəşəm məqamından bəhs edib. O, böyük qələbəmizin, zəfərimizin qazanılması yolunda canından keçən Oğulların dillərə dastan olan igidliyindən söhbət açıb.

Sumqayıt şəhər Nəsrəddin Tusi adına 12 saylı orta məktəbin 9b sinif şagirdi Nazlı Quliyeva bu qəbildən olan tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini bildirib.

Məlumat üçün bildirək ki, “Ziyalı Ocağı” İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə reallaşdırdığı “Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır” adlı layihə iki aylıq bir müddəti əhatə edir.

“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi+FOTO
“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi+FOTO
“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi+FOTO
“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi+FOTO
“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi+FOTO
“Ziyalı Ocağı” İctimai Birliyi “Erməni vandalizminin izləri” adlı tədbir keçirdi+FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər