Zülfiyyə hər kəsi kövrəltdi: “İstəmədiyim halda saçımı keçəl etdirirəm”

1213
Xərçəng xəstəliyi ilə mübarizə aparan aparıcı Zülfiyyə Bayramova “İnstagram” hesabındakı paylaşımı ilə hər kəsi kövrəldib.

Open.az xəbər verir ki, aparıcı istəmədiyi halda saçını keçəl etdiyini vurğulayıb.

O, bəzən verilən suallar qarşısında aciz qaldığını dilə gətirib: “Bəzən elə bir sualın qarşısında aciz qalır ki, insan… İstəmədən o sualın pəncəsində qalırsan. Bir xanım məndən “botoks etdirəcəksən” deyə soruşdu. Cavabım “Yox, nə botoks, nə də mezo etdirəcəm” oldu. Mənə iynə ilə müdaxilə olmaz. Doğal halım necədir, elə qalacam. Bir də ki, hər yaşın öz gözəlliyinin dadını çıxarmaq istəyirəm”. Xanım “Doğru, sən normal insanlardan gözəlsən” söylədi. Bəlkə də xanım guya məni təsəlli edirdi, əslində isə qaş düzəltdiyi yerdə göz çıxarmışdı. O an mən qarışıq sualların pəncəsində qalmışdım. Hansısa xəstəliyi keçirmək anormallıqdır? Mənim xəstəliyi normal qarşılayıb, şükr etməyim anormallıqdır? Bəlkə öz dərdimlə bərabər buna düçar olmuş insanlara bir ümid işığı olmağım anormaldır? İstəmədiyim halda saçlarımı dibindən qırxdırmaq anormalıqdır? Nə idi axı məndə olan anormallıq? Bəs normal olan nədir? Bu sualların arasında düşündükcə bir şeyi anladım və o da üzümdə təbəssüm yaratdı. Mən normal olmağı seçirəm. O, düşündüyü normallıq mənə dar gələr. Mən halımdan məmnunam”.

Zülfiyyə hər kəsi kövrəltdi - İstəmədiyim halda saçımı keçəl etdirirəm

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər