578

Sumqayıtda gənclər arasında mütaliə təbliğ edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Bir kitab oxudum, həyatım dəyişdi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə gənclər oxuduqları kitablarla bağlı təəssüratlarını, rəylərini bölüşüb, həmin kitabların onların düşüncələrini necə təsir etdiklərini iştirakçılarla paylaşıblar. Tədbirdə qeyd olunub ki, layihənin əsas məqsədi Sumqayıt şəhərində gənclər arasında kitaba olan marağı artırmaq, kitabın insan həyatında oynadığı rolu təbliğ etmək, gəncləri kitab oxumağa istiqamətləndirməkdir. Bildirilib ki, bu formatda tədbirlərin davam etməsi gənclərin kitaba, xüsusilə elmi və bədi ədəbiyyata marağını artırmaqda olduqca mühüm əhəmiyyət kəsb edir.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər