“Demokrat” bolşeviklər

1793

bff50f870341Xanlar Xoca
xanlarxoca@gmail.com

Ölkəmizdə çox təhlükəli bir meyl müşahidə olunmaqdadır. Bir qrup insan internet və qəzet səhifələrində yetənə yetib yetməyənə də bir daş atıb qəhrəman olmaq istəyir, buna da nail olmayanda evdə öyrəndiyi və tərbiyəsinə uyğun sözləri hörmətli, seçilmiş insanlara ünvanlamaqdan belə çəkinmir. Bir sözlə demokratiya maskası taxmış bolşeviklər normal müzakirə apara bilməyəndə dərhal bildikləri bütün təhqir sayıla biləcək sözləri birnəfəsə ya deyir, ya da yazırlar. Onların düşüncəsinə görə, hamı səhv edə bilər, amma onlar heç vaxt səhv etməz, səhv düşünməz. Bolşeviklər də elə düşünürdülər. “Kim bizimlə deyilsə bizə qarşıdır” devizi bolşeviklərdən indi bəzi internet “demokrat”larına miras qalıb. Bu gün bir çoxları bolşevik fəaliyyətini Facebookda davam etdirir, ən azı unudulmamaq üçün. Həyatda bəxti gətirməyənlər isə onlara züy tutmaqla məşğuldurlar. Adi bir araşdırma aparanda məlum olur ki, radikalların, züytutanların bir çoxu daun sindromundan əziyyət çəkənlər kimi fotogenik cəhətdən bir-birinə bənzəmələri bir yana, tale baxımından da oxşardırlar. Onların radikallığının arxasında duran səbəblər bir çox hallarda eynidir: nakam sevgi, həyatda özünü tapa bilməmək, özünə inamsızlıq və asan yolla varlanmaq istəyi. Xüsusilə gənclərin öz uğursuzluğuna, acı taleyinə görə başqalarını günahkar bilib radikallaşması çox təhlükəli tendensiyadır.

Ötən yazımda Naxçıvanın adı ətrafında bəzi insanlar tərəfindən qəsdən yaradılmış ajiotaja münasibətimi bildirdim. Mənə qədər kifayət qədər yazanlar olmuşdu bu barədə, amma çoxları  Naxçıvanı qara rəngdə göstərməyə çalışırdı. Bir vətəndaş olaraq öz fikrimi yazanda bir nəfər beş nəfərin adından ya  şərh yazdı, ya da evdə eşitdiyi sözləri elektron poçtuma göndərdi. Nə var, nə var ağa ağ, qaraya qara demişik. Olmazmış. Bu ölkədə yerindən duran Prezidenti və onun təyin etdiyi istənilən bir məmuru tənqid edə bilər, amma burnu da qanamaz, indi hünər lazımdır ki, obyektiv həqiqəti yazasan, yalanları ifşa edəsən və ya bir müxalifət liderini tənqid edəsən, səhvini göstərəsən. Olmaz. Bir anda virtual qarğa quzğun üstünə tökülüşəcək. Hamısı da bunu demokratiya adı ilə edəcək ki, “bəs biz demokratıq, ona görə də yalnız biz düz danışa bilərik”.  Guya düz danışmaq bunların monopoliyasındadır, başqa kimsənin haqqı yoxmuş düz danışmağa. Başqalarını tənqid edənlər özlərinin tənqid edilməsini heç arzu etmirlər və çay süfrəsi arxasında bir təhər dil tapırlar ki, kasıb yazarları hələ bir müddət istismar edə bilsinlər. Qaydaya tabe olmayanlar isə boykot edilərək könüllü çıxıb getməyə məcbur edilir. Bu da bir ayrı cür “demokratiyadır” və onun qurbanı olan kifayət qədər ad çəkmək olar.

Hamı bilir ki, yalnız faktı olmayanlar və zəiflər həmişə söyüşə əl atır, hay-küy salır. Əgər demokratiya istəyirsənsə fərqli fikirlərə dözümlü olmalısan, anlamalısan ki, hamı sənin kimi düşünə, sənin sevdiyini sevə bilməz. Kimin əlinin kimin cibində olduğunu da hamı bilir. Sadəcə  mənə bir məsələ qaranlıqdır ki,bütün günü internetdən sallananlar görəsən hansı əsasla aclıqdan danışırlar? Dolanışığı bərbad olan biri internetdə sallanmaz ki, gedər özünə bir iş tapar. Belələri düzlükdən danışanda yaxşı ki, göydən daş yağmır. Amma qorxuram bir gün Allahın da səbri tükənə.

YAZARIN DİGƏR YAZILARI
Bizim “bakirə” müğənnilər

Kal gavalı

Telebasabas

Əyri güzgülər ölkəsi

Sevgililər günü

Ad günü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Yanvar 21, 2010 - 01:40

    “SOU-BIZNES” MUGENNILERI QALSIN BI TEREFE.MEN HEMISE XALQ MAHNILARINI IFA EDEN MUGENNILERE HESEDLE VE HORMETLE BAXIRDIM.BIZIM BIR TANIS VAR KONSERVATORIYADA OXUYURDU.O HEMIN MUGAM IFACILARIMIZN BEZILERIN GORMUSDU ORDA.EFIRE CIXANDA UZUN,ORTULU GEYIMLERDE HAMISI.HEMISE OZLERINI ESTRADA MUGENNILERINDEN FERQLENDIRIDILER.GUYA BUNLARR BASQA CURDU,TERBIYELIDIRLER.HEMIN TANIS DANISANDA KI,ONLAR NECE GEYIMLE GELIRIDLER ORAA,HELE UZLERINDEKI PUDRA-KRASKANI DEMIREM DUZU XEYAL QIRIQLIGINA DUSDUM.AXIR VAXTLAR DA DEBE MINNIB.ERE GETMEDEN USAQ DUNYAYA GETIRMEK.TEZELIKCEDE BIR XALQ MAHNISI IFA EDNE MUGENNIMIZIN USAGI OLDU.OZDE OXUDUGUMA GORE EVLI ADAMNAN.LAP ZEHLEM GETTII.INDI INANDIM KI HEQIQETEN DE BU SENETDE DUZ-EMELLI ADAM YOXDU.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər