ABŞ-ın Suriyaya atdığı raketlərin əksəriyyəti... - Rusiya HƏR ŞEYİ AÇDI

320

ABŞ, İngiltərə və Fransa Suriyaya 100-dən çox qanadlı raket atıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Rusiya hərbçilərinin məlumatına görə, zərbələr Qırmızı və Aralıq dənizlərinin akvatoriyaların, həmçinin Et-Tanf aerodromundan endirilib. Raketlər Qırmızı və Aralıq dənizlərinin akvatoriyalarında olan ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin iki gəmisindən və Et-Tanfdan qalxan B-1B Amerika strateji bombardmançılarından atılıb.

Bombardmana həm hərbi, həm də mülki obyektlərin məruz qaldığı bildirilir.

Nazirlik raketlərin böyük hissəsinin hədəfə çatmadan məhv edildiyini qeyd edib. Raketlərin Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin qoruduğu hava məkanına daxil olmadığı bildirilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər