Corat qəbiristanlığında iməcilik keçirilib- FOTOLAR

1098

Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Corat qəbiristanlığında iməciliyi keçirilib.

İməcilik zamanı qəbiristanlıqda təmizlik və abadlıq işləri aparılıb. Məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları ərazidən kənarlaşdırılıb.

Qeyd olunub ki, mütəmadi olaraq aparılan iməcilik zamanı qəbiristanlığın içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Ərazi iri otlardan, kol-kosdan təmizlənir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər