Dünya tarixi anları seyr etdi – Marsa raket göndərildi (VİDEO)

1390

“SpaceX” şirkəti və elektrikli avtomobil istehsalçısı “Tesla”nın birgə ərsəyə gətirdiyi “Falcon Heavy” raketi Marsa göndərilib.

BAKU.WS-in məlumatına görə, milyonlarla insan Marsa gedən ilk addım sayılan tarixi anları seyr edib. Raket problemsiz şəkildə işə salınıb. Dünyanın ən güclü raketi olaraq bilinən “Falcon Heavy” Cape Canaveral kosmik bazasından hərəkətə gətirilib.

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi, həmçinin milyarder iş adamı Elon Mask raketə “Tesla Roadster” avtomobili də qoyulduğunu bildirib. “Roadster” kosmosa gedən ilk avtomobil ünvanını alıb.

Ekspertlər bildirirlər ki, ilk dəfə hökumət əvəzinə özəl şirkət kosmosa raket göndərir. Mask test uçuşunun riskli olduğunu və müvəffəqiyyət ehtimalının 50% olduğunu söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər