Dünyanın ən zəngin insanları hansı məktəbləri bitiriblər ?- Qəribə ixtisaslar

206

Bu gün dünyaya istiqamət verən və milyon dollarlıq sərvətləri ilə dünyanın ən zəngin adamları harda təhsil alıblar?

Sumqayitxeber.com fins.az-a istinadla həmin insanların siyahısını və təhsil aldıqları universitetləri təqdim edir:

 Jef Bezos

“Amazon”nun sahibi, investor, xeyriyyəçi və film prodüsseri Jef Bezos Prinston Universiteti Elektrik mühəndisliyi ixtisasını bitirib.

Bill Gates

“Microsoft” şirkətinin yaradıcısı, sahibkar Bill 30 illik təhsilin sonunda Harvard-dan məzun olub.

Warren Buffett

İş adamı Warren Buffett Nebraska Linkoln Universitetində təhsilə başlayıb və biznesin idarə edilməsi üzrə məzun olub. Sonra mütəxəssis olmaq istəyən Buffett Kolumbiya Biznes Məktəbində magistratura pilləsində oxuyub.

Mark Zuckerberg

“Facebook”un qurucusu Mark Harvard təhsilini yarıda qoysa da, sonradan İT mütəxəssisiliyi üzrə təhsilini başa vurub diplomunu alıb.

Karlos Slim

Karlos Slim “Helu”, “Telmex”, “Telcel” və America “Mowil” şirkətlərinin icraçı direktoru, eyni zamanda idarə heyətinin sədridir. O, Universidad Nacional Autonoma de Mexico (UNAM) da oxuyub. Slim, inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb və 1961-ci ildə məzun olub.

Bernard Arnault

Geyim markası olan “Luis Vuitton”nun sahibi Bernard Arnault Politeknik Məktəbində mühəndislik ixtisasından 1971-ci ildə məzun olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər