Dünyanın və Rusiyanın ən təhlükəli şəhərləri

394

Dünyanın ən təhlükəli şəhərlərinin reytinqi hər il “Business Insider” tərəfindən tərtib edilir. Şəhərlərin siyahısı tərtib edilərkən, burada əsasən həmin şəhərdə ildə qəsdən adam öldürmələrin sayı götürülür. Belə ki, siyahıda şəhərlər 100.000 sakinə düşən qətllərin sayına görə sıralanır. Məsələn son siyahı tərtib edilərkən əhalisi 300 min nəfərdən çox olan dünyanın bütün şəhərləri nəzərə alınıb. Maraqlıdır ki, statistikaya görə, planetin ən təhlükəli şəhərlərinin əksəriyyəti Cənubi və Mərkəzi Amerikada yerləşir.

Beləliklə, deyilən prinsip pozulmasın deyə, Meksikanın Samora şəhəri 2021-ci ildə dünyanın ən təhlükəli şəhəri seçilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Meksikanın İctimai Təhlükəsizlik üzrə Vətəndaş Şurası adlı QHT-si məlumat yayıb.

Samorada ötən il hər 100 min sakinə197 qətl hadisəsi qeydə alınıb. Reytinqdə ümimilikdə 18 Meksika şəhəri yer alır. Siyahıda onuncu yer alan ABŞ-ın Sen Luis şəhəri də var. Ümumiyyətlə, Birləşmiş Ştatların bir neçə şəhəri bu siyahıya düşüb.

Qeyd edək ki, siyahıda keçmiş SSRİ məkanından heç bir şəhər yer almır. Amma nahaq yerə….

Qeyd edək ki, bir müddət bundan əvvəl rusiyalı blogğer İlya Varlamov 2020-ci il üçün Rusiyanın ən təhlükəli 10 şəhərinin siyahısını tərtib edib. Belə ki, o özünün “YouTube” kanalında yerləşdirdiyi videoda Moskvanı da belə şəhərlər sırasına daxil edib. Lakin paytaxt Moskva onuncu, demək olar ki, sonuncu yerdə göstərilib. Varlamov hesab edir ki, Moskvada qətllər daha çox vağzal və bazarlarda baş verir.

Beləliklə, blogğerin tərtib etdiyi antireytinqdə doqquzuncu yeri Sankt-Peterburq tutub. Ondan sonra Yekaterinburq, Rostov-na-Don, Çelyabinsk və Blaqoveşensk gəlir.

Varlamovun təhlükəli şəhərlər siyahısında Ulan-Ude üçüncü, Maqadan isə ikinci yeri tutur.

Rusiyalı blogğerin fikrincə, Tuva Respublikasının paytaxtı Qızıl Rusiyanın ən təhlükəli şəhəridir. Belə ki, şəhərdə hər 100 min nəfərə 35 qətl hadisəsi düşür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər