FHN mənzilinə qalxa bilməyən artıq çəkili şəxsə yardım edib - SUMQAYITDA

704

FHN problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.

Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar. Əməliyyat başa çatmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər