Koronavirusa qarşı daha effektli dərman tapıldı

290

Çin hökuməti yaxın gələcəkdə yeni koronavirus infeksiyasını, onun yaratdığı ağciyər iltihabını müalicə etmək üçün “Avigan” adlı dərmandan istifadə edəcək.

e-tibb.az Rusiya KİV-nə istinadən xəbər verir ki, biotexnologiyanın inkişafı üzrə Milli Mərkəzin rəhbəri Zhang Sinminin sözlərinə görə, dərman artıq pandemiyanın başlanğıc yeri sayılan Uhan və Shenzhen şəhərlərində sınaqdan keçirilib. Testlərdə 320 nəfər iştirak edib. Hökumətin açıqladığı məlumata görə, orta hesabla iki gün yarımda pasiyentlərdə hərarət normallaşıb. Dərman tətbiq edilmədiyi halda isə analoji proses 4 gündən çox davam edib. “Avigan” istifadəsindən dörd gün yarım sonra xəstələrdə öskürək keçib. Dərmanı qəbul etməyənlərdə isə bu, təxminən 6 gün ərzində baş verib.

Z.Sinminin sözlərinə görə, ən maraqlı müşahidə, bu dərmanı qəbul edənlərdə dörd gün sonra, koronavirus üçün təkrar testin mənfi olmasıdır. Dərman istifadə etməyənlərdə isə COVİD-19-la bağlı edilən test 11 gündən sonra neqativ cavablanıb.

Çindən olan başqa bir qrup tədqiqatçı isə koronavirus SARS-CoV-2-də “zəif yer”i aşkar ediblər. “Zəif yer” koronavirus infeksiyasının insan bədəninin hüceyrələrinə nüfuz etməsi mexanizmi ilə bağlıdır.

Alimlərin sözlərinə görə, SARS-CoV-2 hüceyrənin səthində CD147 reseptorla əlaqənin köməyi ilə bədənə müdaxilə edir. Koronavirus SP adlı xüsusi proteinin köməyi ilə hüceyrələrlə əlaqəyə girir.

Testlərin tətbiqi nəticəsində məlum olub ki, CD147-də antitellərə əsaslanan preparat olan “Menplazumab” virusların insan hüceyrələrinə nüfuz etməsinə əhəmiyyətli dərəcədə maneə törədir.

Bu fərziyyəni alimlər immunoelektron mikroskopiya üsulu ilə təsdiqləyiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər