Muharrem İnce Ərdoğanın qələbəsini ETİRAF ETDİ: “Adam qazandı!”

565

Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) da seçicilərin etimadını qazanıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın əsas rəqibi – Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Muharrem İnce də Ərtdoğanın qələbəsini etiraf etməyə məcbur olub.

FOX TV-dəki seçki proqramının aparıcılarından tanınmış jurnalist İsmayıl Küçükkaya ötən gecəki efirdə deyib ki, o, Muharrem İnceyə telefonla SMS mesajı ataraq nə düşündüyünü soruşub.  Muharrem İnce isə SMS-lə cavab verərək, “ Adam qazandı” yazıb. Muharrem İnce bu gün yerli vaxtla saat 12.00-a CHP-nin baş qərargahında açıqlama verəcəyini bildirib.

Digər tərəfdən, “Xalq” TV-də veriliş aparan Şaban Sevinc də tamaşaçılarına Muharrem İncenin oxşar mesajını çatdırıb. O, Muharrem İncenin “Seçki ədalətli deyildi, ancaq Ərdoğan qazandı” – dediyini bildirib.

Muharrem İnce sosial media hesabından verdiyi açıqlamada “Bu gün aat 12.00-də  CHP-də mətbuat konfransı keçirəcəyəm” mesajını bölüşüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər