Qar uçqununa düşən hərbçimiz dəfn olunur – FOTO

995

Martın əvvəlində qar uçqununa düşərək həlak olan hərbçi 1992-ci il təvəllüdlü Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilir.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Daşkəsən rayonunda keçirilən dəfn mərasimində iki min nəfərdən artıq rayon ictimaiyyəti nümayəndəsi, Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edir.

Məmmədov Fərrux Fərman oğlu ailəli idi və bir qız övladı var.

Xatırladaq ki, 04.03.2019-cu il tarixində, saat 13:00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin giziri, 1984-cü il təvəllüdlü, Qazax rayonunda anadan olan Abdullayev Hafiz Məhədoğlu və müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1992-ci il təvəllüldü, Daşkəsən rayonunda anadan olmuş əsgər Məmmədov Fərruz Fərman oğlu döyüş postundan qayıdarkən qar uçqununa düşərək həlak olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər