Səudiyyə Qaşıqçının öldüyünü etiraf edəcək – CNN-dən iddia

1334

CNN telekanalının iddiasına görə, Səudiyyə Ərəbistanı itkin jurnalist Camal Qaşıqçının sorğu zamanı yanlışlıqla öldüyünü etiraf etməyə və məsuliyyəti üzərinə götürməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, telekanalın adı açıqlanmayan mənbəyə istinadla yaydığı məlumatda səudiyyəli rəsmilərin Qaşıqçının ölümündə sorğuda iştirak edən əməkdaşları məsuliyyətə cəlb edəcəyi bildirilir.

Xatırladaq ki, müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər