SSRİ-də təhsil alan əcnəbi tələbələr – Sonradan onların bəziləri ölkələrinin prezidenti olub

1402

SSRİ-nin xarici siyasətində və sovet idelogiyasında təhsil əsas yerlərdən birini tutub. Sosialist cəmiyyətinə baxışları dəyişmək, kommunist ideyalarını xarici ölkələrdə təbliğ etmək üçün sovet liderləri təhsil sistemindən olduqca geniş miqyasda istifadə ediblər, SSRİ-nin ali təhsil ocaqlarının qapılarını xarici vətəndaşların üzünə taybatay açıblar.

Xarici vətəndaşların SSRİ-də təhsil alması prosesi 1950-ci illərin əvvəllərindən geniş vüsət alıb. 1957-ci ildə Moskvada keçirilən 6-cı Ümumdünya Gənclər və Tələbələr Festivalında rekord həddə nümayəndə iştirak edib. 131 ölkədən 34 min nümayəndənin iştirak etdiyi festivaldan sonra xarici vətəndaşların SSRİ-nin təhsil sisteminə marağı daha da artıb.

Sözsüz ki, SSRİ rəhbərliyi xarici tələbələri öz ölkəsinə cəlb etməkdə, onlara xüsusi güzəşt və imtiyazlar verməkdə konkret məqsəd güdüb. Bir məqsəd beynəlxalq əlaqələri intensivləşdirmək, ikinci və əsas məqsəd isə həmin ölkələrdən gələnlərin vasitəsi ilə sovet ideologiyasının coğrafiyasını genişləndirmək olub.

compressed_file.jpeg (124 KB)

1950-ci illərin əvvəllərində SSRİ-nin ali əhsil ocaqlarında 5900 xarici tələbə oxuyub. 1960-cı ildə bu rəqəm xeyli artaraq 13500-ə çatıb. 1970-ci ildə SSRİ-də təhsil alanların sayı iki dəfə çoxalaraq 26000-i ötüb. 1980-ci ildə bu rəqəm 88300, 1990-cı ildə isə 126500-ə çatıb.

SSRİ-də təhsil alanlar əsasən Asiya, Afrika və Latın Amerikası ölkələrinin vətəndaşları olublar. Onlar ölkənin böyük şəhərlərində, Moskvada, Leninqradda, Bakıda, Kiyevdə, Xarkovda, Daşkənddə və s. şəhərlərdəki instutut və universitetlərdə oxuyublar.

Xarici tələblərə xüsusi imtiyazlar və güzəştlər tətbiq edilib. Onlar yataqxana ilə təmin olunublar, tələbə təqaüdü alıblar, tətil günlərində ödənişsiz göndərişlərlə SSRİ-ni məşhur məkanlarına ekskursiyaya göndəriliblər.

44-12.jpg (132 KB)

1960-cı ildə Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin fəaliyyətə başlamasının əsas məqsədi məhz xarici tələbələrin təhsili üçün nəzərdə tutulub. 2010-2014-cü illərdə Hondurasın prezidenti olan Porfirio Lobo, 1999-2011-ci illərdə Qayananın prezidenti Bharrat Caqdeo, 2008-2010-cu illərdə Çadın baş naziri Abbas Yusif Saleh bu universitetdə təhsil alıblar.

Siyahı bununla bitmir. SSRİ-də təhsil alan bir sıra tələbələr sonradan öz ölkələrində ən yüksək vəzifələri tutublar.

3fb9fe5c0c7cf5ddd05748e9285ac9df.jpg (34 KB)

Joze Eduardu duş Santuş 1963-1969-cu illərdə Bakıda, Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Bir gün də olsun öz ixtisası üzrə işləməyən Santuş 1979-cu ildən 2017-ci ilə qədər Anqolanın prezidenti olub.

Anqolanın hazırkı prezidenti, 2017-ci ildə Santuşu əvəzləyən Juan Lorensu da SSRİ-nin “yetirməsi”dir.

abba.jpg (91 KB)

O, 1978-1982-ci illərdə Lenin adına Hərbi-Siyasi Akademiyada (hazırda Hərbi Universitet) təhsil alıb.
Hazırda Fələstin dövlətinin prezidenti olan Mahmud Abbas Moskvada Xalqlar Dostluğu Universitetinin aspiranturasında təhsil alıb, 1982-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizdlik dissertasiyasını müdafiə edib. Mahmud Abbas həmçinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun fəxri doktorudur.

загружено.jpg (44 KB)

2018-2021-ci illərdə Vyetnamın prezidenti olan, Vyetnam Kommunist Partiyasının baş katibi Nuqen Fu Çonq 1981-1983-cü illərdə Moskvada Mərkəzi Komitə yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 1983-cü ildə bu təhsil ocağında namizədlik dissertasiyası müdafiə edib.

SSRİ-nin hərbi təhsil müəssisələrində oxuyub məşhurlaşan xarici tələbələrin sayı da az deyil. Suriyanın 15-ci prezidenti (1971-2000) Hafiz Əsəd Qırğısıstanda, Bişkek yaxınlığındakı hərbi avisiya məktəbində MiQ-17 pilot kurslarını müvəffəqiyyətlə bitirib.

20111101015701-7062.jpg (63 KB)

Misirin 4-cü prezidenti (1981-2011) Hüsnü Mübarək də 1959-1960-cı illərdə eyni aviasiya məktəbində təhsil alıb. Daha sonra o, 1964-1965-ci illərdə Moskvada Frunze adına Hərbi Akademiyada təkmilləşdirmə kurslarını keçib.

755880523237822 (1).jpg (75 KB)

Liviyalı feldmarşal Xəlifə Xəftar da hərbi biliklərini təkmilləşdirmək üçün eyni akademiyada təhsil alıb.
SSRİ-də təhsil alan xarici tələbələrlə bağlı daha maraqlı faktlardan biri isə, bu tələbələr arasında sonradan öz ölkələrində yüksək vəzifə tutanların bir çoxunun siyasi karyerasının acınacaqlı sona çatmasıdır. Məsələn, Santuş Anqolada hakimiyyətdə olduğu illərdə adı həmişə korrupsiyada hallanıb. Bu gün sabiq prezident Afrika ölkələrinin hazırki prezidentləri və sabiq prezidentləri arasında ən zəngin şəxs sayılır, o, 20 milyard dollar sərvətə sahibdir. Bu məbləğ onun varıdatının görünən tərəfidir. Santuşun qızı İzabel isə hazırda Afrikanın ən varlı qadını sayılır. O, xarici banklarda 2.3 milyard dollara sahibdir.

Moskva təhsili alan Hüsnü Mübarəkin də son aqibəti hamıya məlumdur. Hafiz Əsədin ölkəsi və oğli Bəşər Əsəd üçün qoyub getdiyi problemlər də göz önündədir.

Göründüyü SSRİ-nin “uğurlu” təhsili xarici tələbələrə heç də uğurlu gələcək zəmanəti verməyib.

İlham Cəmiloğlu, Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər