Sumqayıt məktəbliləri maarifləndirici tur-aksiyaya qoşulublar

1228

Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya martın 26-da Sumqayıt məktəbliləri də qoşulublar. Şəhərin ümumtəhsil məktəblərinin 40 şagirdindən ibarət qrup Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinə toplaşan məktəbliləri şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov salamlayıb, şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, dörd gün ərzində reallaşacaq ekskursiyada məktəblilər tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıb. Şagirdləri 4 müəllim və 1 həkim müşayiət edir.

Qeyd edilib ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Nizami Namazov qeyd edib ki, bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, hәyata keçirilən dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin direktoru Xanım Əhmədova layihənin əhəmiyyətindən söz açıb.

Tur-aksiya iştirakçıları Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Sonra Sumqayıt məktəbliləri avtobusla Lənkəran şəhərinə yola düşüblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər